Bakinity Distribution MMC

Satış üzrə Baş Mütəxəssis (İT üzrə korporativ satış)

Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
476
Tam iş günü
Bakı, Azərbaycan
30/12/2025 - 13/01/2026

İş haqqında məlumat

  • Şirkətin satış strategiyasına uyğun olaraq  korporativ müştəri seqmentində İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.
  • Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.
  • Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.
  • İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.
  • Müştəri tələbləri əsasında məhsul və xidmət təqdimatlarını (prezentasiyaları) hazırlamaq və təqdim etmək.
  • Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi.
  • Gəlir planlarının, satış hədəflərinin  yerinə yetirilməsini təmin etmək.
  • Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
  • Satış əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə daxili prosesləri optimallaşdırmaq və CRM sistemində məlumatların dəqiqliyinə nəzarət etmək.
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Rəhbərlik, texniki əməliyyatlara dair struktur bölmə və müştərilər arasında görüş və konfransların təşkili, protokolların və yekun sənədlərin hazırlanması.

 

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
  • İşlə bağlı ezamiyyət və səfərlər zamanı nəqliyyat xərcləri qarşılanır.
  • Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
     

Tələblər

  • Ali təhsil.
  • İT satış sahəsində azı 3 illik iş təcrübəsi.
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).
  • 1C və CRM proqram təminatlarında işləmə bacarığı.
  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
  • Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.

Namizəd bilməlidir:

  • Cəmiyyət və dövlət qurumları ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.
  • Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.
  • Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.
  • İşgüzar görüşlər, danışıqlar və tədbirlər üzrə iş protokollarının tərtib edilmə qaydaları.
  • Tədbir və görüşlər zamanı məlumat, sənəd və materialların iştirakçılara düzgün və vaxtında ötürülməsi prosedurları.
  • Görüş və danışıqların təşkili üçün inzibati, təşkilati və texniki tədbirlərin planlaşdırılması və icrası.
  • Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.
  • Biznes sənədlərinin tərtibi, qeydiyyatı, icrası və arxivləşmə qaydaları.
  • Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.
  • CRM və verilənlər bazaları ilə işləmə bacarıqları.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar