Bakı,
Azərbaycan
15/05/2026
-
29/05/2026
İş haqqında məlumat
- Siz sadəcə satış etməyəcəksiniz, siz satış komandasının "onurğa sütunu" olacaqsınız. Bizə rəqəmlərlə danışan, hər bir yazışmanın və zəngin keyfiyyətinə cavabdehlik daşıyan lider lazımdır.
Əsas öhdəliklər:
- Keyfiyyətə nəzarət: Satış mütəxəssislərinin yazışma və zənglərinə (həm kəmiyyət, həm də keyfiyyət üzrə) gündəlik nəzarət etmək.
- SLA Menecment: Müştərilərlə ünsiyyət dövrünü və cavablandırma sürətini izləmək. Şirkətin daxili SLA standartlarının (məsələn, 15 dəqiqə qaydası) icrasını təmin etmək və bu standartların təkmilləşdirilməsində iştirak etmək.
- Mürəkkəb müştərilər: Çətin və mürəkkəb müştərilərlə danışıqları öz üzərinə götürmək, prosedurları idarə etmək.
- B2B Satışlar: Korporativ müştərilərlə yazışmalar aparmaq və B2B satış prosesini idarə etmək.
- Nümunəvi Satış: Lazım gəldikdə birbaşa müştəri ilə ünsiyyətə girmək və satışı bağlamaq (Closing).
Biz nə təklif edirik?
- Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.
- Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.
- Nəticəyə əsaslanan motivasiya sistemi.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
- Şəffaf hesabatlılıq sistemi və peşəkar idarəetmə mühiti
Tələblər
- Məsuliyyət və Ownership: İşi "öz işi kimi" mənimsəmə bacarığı.
- Təşəbbüskarlıq: Problemi sadəcə qeyd etmək deyil, onun həlli yolunu təklif etmək.
- Çeviklik: Dəyişən bazar şərtlərinə və yeni daxili sistemlərə (CRM, yeni skriptlər) sürətlə uyğunlaşmaq.
- İntellektual yanaşma: Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək.
- Dürüstlük: Həm komanda, həm də rəhbərliklə münasibətlərdə tam şəffaflıq.
- Təcrübə: Satış sahəsində ən azı 2 il, komanda idarəetməsində isə minimum 1 il iş təcrübəsi.
- Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi) bacarığı;
Rus və ya İngilis dili bilikləri üstünlükdür." - CRM sistemləri və hesabatlılıq alətləri (məsələn, Looker Studio, Excel) ilə işləmə bacarığı.
- Stressə davamlılıq, gərgin iş rejimində fokusunu itirməmək və komandanı hədəfə yönləndirmək qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.