Bakı,
Azərbaycan
25.08.2025 00:00
-
25.09.2025 00:00
İş haqqında məlumat
- Otelin bütün Satış və Marketinq funksiyalarını idarə etmək, problemsiz koordinasiyanı təmin etmə;
- Strateji planlaşdırma və icra vasitəsilə otelin ümumi gəlirini, bazar payını və gəlirliliyini maksimuma çatdırmaq;
- Ümumi Otel Marketinq Planını hazırlamaq və həyata keçirmək, strategiyaların və təşəbbüslərin vaxtında və peşəkar şəkildə icrasını təmin etmək;
- Otel gəliri və marka bazar payını artırmaq üçün təşviqat strategiyalarının, marketinq planlarının və iş imkanlarının planlaşdırılması və inkişafına rəhbərlik etmək;
- Əlavə məhsul imkanlarını müəyyənləşdirmək və mövcud müştərilərə əlavə satışlar etmək;
- Həm daxili komanda üzvləri, həm də müştərilərlə vaxtında və peşəkar şəkildə əlaqə saxlamaq;
- Potensial müştərilərlə müqavilələr bağlamaq, danışıqlar aparmaq;
- İlin bütün dövrlərində satış kvotasını davamlı olaraq yerinə yetirmək;
- İşgüzar sərgilərdə və digər rəsmi tədbirlərdə oteli təmsil etmək;
- Satış fəaliyyətinin bütün məlumatlarını mövcud sistemlərdə qeyd etmək, hesablar, potensial müştərilər, imkanlar, əlaqə məlumatları və fəaliyyətlərin yenilənməsi üçün SOP-lara əməl etmək;
- Satış performansını artırmaq üçün müntəzəm və strukturlaşdırılmış satış və biznes təlim proqramlarında iştirak etmək;
- Qonaqpərvərlik sənayesininn tendensiyaları, imkanlar və rəqabət meylləri barədə məlumatlılığı inkişaf etdirmək və saxlamaq.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə iş təcrübəsi;
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti;
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.