Qafqaz NET LLC

Satış üzrə Kiçik Mütəxəssis

Qafqaz NET LLC
Ə/h razılaşma ilə
458
Tam iş günü
Bakı, Azərbaycan
23/06/2026 - 07/07/2026

İş haqqında məlumat

  • Potensial korporativ müştərilərin araşdırılması və əlaqələrin qurulması; 
  • Korporativ müştərilərlə görüşlərin təşkilində və keçirilməsində iştirak; 
  • Satış danışıqlarının və müqavilələrin hazırlanması prosesinə dəstək göstərilməsi; 
  • Şirkət məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim olunması; 
  • Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi; 
  • Müştərilərin şirkətin yenilikləri və kampaniyaları barədə məlumatlandırılması; 
  • Satış fəaliyyəti üzrə həftəlik və aylıq hesabatların hazırlanması; 
  • Satış sənədlərinin və digər kargüzarlıq işlərinin icrası; 
  • İşgüzar tədbirlərdə və təqdimatlarda şirkətin təmsil olunmasında iştirak.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri.
  • İş rejimi: 5/7
  • İş vaxtı: 09:00-18:00.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.
  • Korporativ satışlar üzrə minimum 1 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir.
  • Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis  dili – arzuolunandır;
  • Kompüter  bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C
  • Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları
  • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
  • Müstəqil işləmə bacarığı
  • Vaxtın səmərəli idarəolunması bacarığı
  • Öz üzərində işləyən, inkişafa meyilli olmaq
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Satışın və bazarın analizini aparmaq bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun