Bakı,
Azərbaycan
10/04/2026
-
24/04/2026
İş haqqında məlumat
"SKO Student" xaricdə təhsil şirkəti yeni açılacaq dil mərkəzi üçün satış komandası qurur. Bizə enerjili, ünsiyyətcil və satış sahəsində özünü inkişaf etdirmək istəyən komanda yoldaşları lazımdır.
Ünvan: Bakı (Hazırda Çinar Park BM)
Maaş: Sabit maaş + Satışdan bonuslar (Yüksək qazanc imkanı)
Öhdəliklər:
- Sosial şəbəkələrdən gələn müraciətləri (lead) operativ cavablandırmaq;
- Müştəriləri ofisə dəvət etmək və təhsil proqramları (IELTS, SAT, General English və s.) haqqında məlumat vermək;
- Müştəri bazasını nizamlı şəkildə idarə etmək;
- Satış hədəflərini vaxtında yerinə yetirmək.
Biz nə təklif edirik?
- Prestijli iş mühiti;
- Yeni açılan akademiyanın ilk komanda üzvü olmaq imkanı;
- Sabit maaşdan əlavə, hər satışdan artan bonus sistemi;
- Peşəkar təlimlər.
Tələblər
- Satış və ya müştəri xidmətləri sahəsində minimum 1-2 il təcrübə;
- Azərbaycan dilində səlis və inandırıcı danışıq qabiliyyəti (Rus dili üstünlükdür);
- Yüksək ünsiyyət qurma bacarığı;
- Nəticəyönümlü yanaşma.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.