Satış üzrə koordinator (Satışa dəstək üzrə mütəxəssis)
Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
294
Tam iş günü
Bakı,
Azərbaycan
06/05/2026
-
20/05/2026
İş haqqında məlumat
- Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir.
- Satış fəaliyyətlərinin planlaşdırılması və təşkili proseslərində iştirak edir, satış metodologiyalarından istifadə edərək effektiv satış planlarının hazırlanmasına və icrasına dəstək göstərir.
- Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.).
- Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır.
- Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir.
- Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir.
- İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir.
- Komanda və ya irəliləyiş görüşlərində iştirak edir, görülən işlər və yeniliklər barədə həmkarlarını məlumatlandırır.
- Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir.
- Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir.
- Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur.
- Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir.
- Satış kampaniyalarının həyata keçirilməsində iştirak edir və tapşırılan fəaliyyətləri yerinə yetirir.
- Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir.
- Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə hazır olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir.
- Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir.
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Tələblər
- Ali təhsil (magistratura üzrə təhsil alan şəxslər də müraciət edə bilər).
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
- CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir).
- Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı.
- Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.