Vision Academy

Satış üzrə Menecer

Vision Academy
Ə/h razılaşma ilə
2864
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 11:38 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • Təhsil mərkəzinin satış planlarının və strategiyalarının hazırlanması;
  • Rəqiblərin bazardakı fəaliyyətinin araşdırılması və uyğun strategiyaların hazırlanması;
  • Satış və marketinq fəaliyyətlərinin əlaqələndirilməsi;
  • Potensial müştəri bazasının yaradılması və inkişaf etdirilməsi;
  • Mövcud müştəri portfelinin idarə olunması və münasibətlərinin qorunması;
  • Daxil olan müraciətlərin (mobil nömrə və sosial media üzərindən) operativ və peşəkar cavablandırılması;
  • Müştərilərlə sosial şəbəkələr, zəng və üz-üzə görüşlərin təşkili və kurs satışının həyata keçirilməsi;
  • Satış prosesinin izlənilməsi və yekunlaşana qədər nəzarətin təmin edilməsi;
  • Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
  • Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanmasında iştirak etmək;
  • Satış proqnozlarının müəyyən edilməsi;
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Görülən işlərin effektivliyinin mütəmadi analiz edilməsi;
  • Satış prosesindən əldə edilən rəqəmsal məlumatların idarə olunması və təhlili;
  • Təhsil bazarının izlənilməsi, müştəri tələbləri və rəqabət mühiti barədə məlumatların toplanması.

İş haqqında:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Bonus sistemi: Hər satışdan 5-10 %;
  • Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
  • 6 günlük iş qrafiki.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış üzrə Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.

Tələblər

  • Satış sahəsində  iş təcrübəsi mütləqdir (təhsil sahəsində satış və marketinq təcrübəsi üstünlükdür);
  • Güclü ünsiyyət və inandırma bacarığı;
  • Rəqəmsal marketinq və satış analitikası üzrə bilik və praktiki təcrübə;
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
  • Komanda idarəetmə və koordinasiya təcrübəsi;
  • Müştəri məmnuniyyətinin qorunması və inkişaf etdirilməsi bacarığı;
  • Satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma qabiliyyəti;
  • Rus və İngilis dillərini bilməsi üstünlükdür;
  • Gələn müraciətlərin minimum 40%-ni uğurlu satışa çevirmək bacarığı;
  • Yaş həddi: 25–40.


Oxşar vakansiyalar