Bakı,
Azərbaycan
01/12/2025
-
01/01/2026
İş haqqında məlumat
- İT məhsul və xidmətlərinin satışını artırmaq üçün satış strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə edilməsi;
- Müştərilərlə görüşlərin, təqdimatların və danışıqların aparılması;
- Satış təklifləri, kommersiya təklifləri və kommersiya qiymət təkliflərinin hazırlanması və idarə olunması;
- Müştəri tələblərinə uyğun olaraq texniki və marketinq komandaları ilə əməkdaşlıq etmək;
- Satış planlarını icra etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- İT sektorunda bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək.
İş şəraiti
- İş yeri: Çinar Plaza, Bakı;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- Əmək haqqı: 2000 AZN.
Tələblər
- Biznes, Marketinq, İT və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (İT sahəsində təcrübə üstünlükdür);
- İT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış;
- Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları;
- Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması;
- MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq;
- İT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.