MebelX

Satış üzrə menecer

MebelX
Ə/h razılaşma ilə
3489
Tam iş günü
Bakı, Azərbaycan
17/02/2026 - 03/03/2026

İş haqqında məlumat

  • Sosial şəbəkə hesablarına (Instagram, WhatsApp, TikTok və s.) daxil olan mesajların və şərhlərin cavablandırılması
  • Mobil zənglərin qəbul edilməsi və müştərilərə məhsullar barədə ətraflı məlumat verilməsi
  • Ofisdən onlayn satışın həyata keçirilməsi
  • Satış prosesləri barədə hesabatların hazırlanması, müştəri məmnuniyyətinin təmin olunması.

İş barədə məlumat

  • Mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə satıcı-konsultant vəzifəsi üzrə xanım namizəd axtarılır
  • Vəzifə: Satıcı-Konsultant (xanım namizəd)
  • Şirkət: MebelX
  • Ünvan: Biləcəri qəsəbəsi, Məmmədoğulları avtoservisin yaxınlığı
  • İş vaxtı: 10:00 dan-19:00 dək (həftədə 1 gün istirahət)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq sabit maaş və əlavə olaraq satışdan bonus

Tələblər

  • Ünsiyyət və satış bacarığı
  • Sosial şəbəkələrlə işləməyi bacarmaq
  • Satış sahəsində təcrübə
  • Müştərilərlə təmkinli, gülərüz və səbrli davranmaq
  • Azərbaycan dilində səlis danışıq (rus dili üstünlükdür).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.