Bakı,
Azərbaycan
05/03/2026
-
19/03/2026
İş haqqında məlumat
Wilstream – 2002-ci ildən fəaliyyət göstərən, bazarın qabaqcıl autsorsinq çağrı mərkəzlərindən biridir. Portfelimizdə dünyaca məşhur brendlərin yer aldığı dinamik komandamıza satış sahəsində təcrübəli və enerjili Satış üzrə Menecer axtarırıq.
- Şirkətlərin rəhbər şəxsləri ilə yüksək səviyyəli kommersiya danışıqlarının aparılması;
- Fərdi kommersiya təkliflərinin hazırlanması, təqdimatı və müdafiəsi;
- Müştəri bazasının aktiv şəkildə genişləndirilməsi (soyuq zənglər, sayt və sosial şəbəkələrdən gələn sorğuların emalı);
- İkinci aydan etibarən daxil olan sifariş axınının idarə olunması;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və təkrar satışların təşkil edilməsi;
- Sövdələşmələri bağlamaq üçün müştərilərlə görüşlərin keçirilməsi və zərurət olduqda işgüzar ezamiyyətlər.
Biz nə təklif edirik?
- Əmək haqqı: 1500 AZN + tamamlanmış satışlardan % (bonus);
- Rəsmi qeydiyyat və stabil iş qrafiki (5/2, 09:00 – 18:00);
- Şəhərin mərkəzində komfortlu ofis və gənc, mehriban kollektiv;
- Peşəkar inkişaf üçün korporativ təlimlər;
- Dünyaca məşhur brendlərlə işləmək və irimiqyaslı layihələrdə təcrübə qazanmaq imkanı.
Tələblər
- Ali təhsil;
- B2B satış sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir);
- Hüquqi şəxslərlə (korporativ sektor) iş təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl (vacib şərtdir), İngilis dili arzuolunandır;
- Yeni bazar və müştəri axtarışı metodlarını bilmək;
- Təşəbbüskarlıq, kreativ yanaşma və yüksək ünsiyyət bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.