Bakı,
Azərbaycan
27/11/2025
-
27/12/2025
İş haqqında məlumat
- Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq hədəf kütlənin təyin edilməsi və ona uyğun satış strategiyasının hazırlanması;
- Yerli sahibkarlarla görüş grafikinin hazırlanması və keçirilən görüşlərin nəticələri haqqda hesabatın tərtib edilməsi;
- Təyin edilmiş hədəflər əsasında soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə xidmət satışının artırılması və yeni əməkdaşlıqların qurulması;
- Rəqib firmaların fəaliyyəti haqda analiz aparılması, buna uyğun olaraq üstün və mənfi tərəflərimizin təyin edilməsi;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
- Şirkətin üzv olduğu gruplar çərçivəsində təşkil olunan görüş və konferanslarda şirkəti layiqincə təmsil etmək.
İş rejimi:
- Həftə içi 5 gün Saat 08:00-dan -17:00-dək (şənbə günü saat 13:00-a qədər növbəli);
- İş yeri – Azure Business Center (Xətai Metro St yaxınlığı) ;
- Nəzərdə tutulan maaş 800-1000 Azn +Bonus .
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına və ya "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər. Subject/Mövzu hissəsində “Biznesin inkişafı vəya satış üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur
Tələblər
- Ali təhsil ( iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə);
- Biznesin inkişafı və ya marketing üzrə ən az 2 il iş təcrübəsi;
- MC Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan və Rus dilində səlis danışıq və yazı qabiliyyəti
- Müşahidə və analiz qabiliyyətinin olması;
- Problemləri həll etmə bacarığı;
- Strateji düşünmə və analitik təhlil bacarığı;
- Stresə davamlılıq;
- İnformasiyanın təhlili və analiz etmək bacarığı;
- Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
- Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı.