Bakı,
Azərbaycan
08/06/2026
-
22/06/2026
İş haqqında məlumat
- Mövcud müştərilərlə əlaqələri qoruyub saxlamaq, onlarla mütəmadi ünsiyyətdə olmaq və müştəri məmnuniyyətini təmin etmək
- Şirkətin məhsul və xidmətlərinin tanınmasını təmin etmək, yeni potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək
- Müvafiq məhsul və xidmətləri potensial müştərilərə təqdim etmək, şirkətlərin məsul şəxsləri ilə əlaqə qurmaq, danışıqlar aparmaq və görüşlər təşkil etmək
- Potensial müştərilərdən daxil olan sorğular əsasında uyğun təkliflər hazırlamaq (xidmət təklifləri, təqdimatlar, büdcə və s.)
Vakansiya növü - Tam ştat
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun rəqabətcil əmək haqqı təklif ediləcəkdir.
Tələblər
- Xanım namizəd olması üstünlükdür
- Komanda ilə effektiv ünsiyyət qurma bacarığı
- Peşəkar və səliqəli xarici görünüş
- Bazar araşdırması metodlarını və analitik yanaşmanı yaxşı bilmək
- Azərbaycan, Rus və İngilis dillərində danışıq bacarığı (İngilis dili mütləqdir)
- Müvafiq sahədə minimum 1-5 il iş təcrübəsi
- Günlük və aylıq hesabatları rəhbərliyə təqdimetmə bacarığı
- Korporativ satış sahəsində təcrübəyə malik olmaq üstünlükdür
- Əsas IT biliklərinə sahib olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.