Q-STP

Satış üzrə mütəxəssis

Q-STP
Ə/h razılaşma ilə
516
Tam iş günü
Bakı, Azərbaycan
24/06/2026 - 08/07/2026

İş haqqında məlumat

  • Mövcud və potensial müştəriləri müəyyən etmək, bazar araşdırmaları aparmaq və yeni satış imkanlarını aşkar etmək;
  • Potensial müştərilərlə əlaqələr qurmaq, görüşlər keçirmək və şirkətin məhsullarını təqdim etmək;
  • Tekstil məhsulları üzrə texniki xüsusiyyətləri müştərilərə izah etmək;
  • Müştərilərdən daxil olan sorğuları qəbul etmək, təhlil etmək və operativ cavablandırmaq;
  • Müştərilərin tələblərini öyrənmək və onlara uyğun məhsul və xidmət təklifləri hazırlamaq
  • Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin razılaşdırılmasını təmin etmək və icra prosesini izləmək
  • Satış sifarişlərini qəbul etmək, qeydiyyata almaq və aidiyyəti struktur bölmələrə yönləndirmək
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini təmin etmək
  • Müştəri məmnuniyyətini izləmək, daxil olan şikayət və təklifləri araşdırmaq və həlli üçün tədbirlər görmək
  • Satış göstəricilərini təhlil etmək və satış həcmlərinin artırılması üzrə təkliflər hazırlamaq
  • Bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və qiymət siyasətini mütəmadi olaraq təhlil etmək
  • Satış fəaliyyətləri üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatlar hazırlamaq
  • Sərgi, təqdimat, işgüzar görüş və digər satış yönümlü tədbirlərdə şirkəti təmsil etmək
  • Satış planlarının hazırlanmasında iştirak etmək və təsdiq edilmiş planların icrasını təmin etmək.
     

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük
  • İş saatları: 09:00-18:00 

Təklif edirik:

  • Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera yüksəlişi perspektivi;
  • Peşəkar və dinamik iş mühiti.
  • Korporativ nömrə;
  • Könüllü tibbi sığorta;

Tələblər

  • Ali təhsil;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi (tekstil sahəsində təcrübəyə üstünlük verilir);
  • Satış və müştəri münasibətlərinin idarə edilməsi bacarıqları;
  • Bazar araşdırması və satış təhlili bacarıqları
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili bilikləri üstünlükdür;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi;
  • Bakı şəhəri və şəhər ətrafı əraziləri yaxşı tanımaq;

​​​​​​​Şəxsi keyfiyyətlər:

  • Güclü ünsiyyət bacarığı
  • Təqdimat və danışıqlar aparmaq bacarığı
  • Müştəri yönümlü düşüncə
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • Nəticəyönümlülük

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun