PM Legal MMC

Satış üzrə Mütəxəssis

PM Legal MMC
Ə/h razılaşma ilə
192
Tam iş günü
Bakı, Azərbaycan
16/07/2026 - 30/07/2026

İş haqqında məlumat

  • Şirkətimizin xidmətlərinin satışının təşkili və inkişaf etdirilməsi məqsədilə Satış üzrə Mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin xidmətlərinin aktiv satışının həyata keçirilməsi
  • Mövcud və potensial müştərilərlə zənglərin və görüşlərin təşkili
  • Görüşlər zamanı xidmətlərin peşəkar təqdimatının keçirilməsi
  • Müştəri ehtiyaclarının öyrənilməsi və uyğun həllərin təklif edilməsi
  • Satış prosesinin idarə olunması və satışın uğurla tamamlanması
  • Satış planlarının icrasında aktiv iştirak
  • Günün sonunda görülən işlər və keçirilən təqdimatlar üzrə qısa hesabatın təqdim edilməsi

İş şəraiti

  • İş qrafiki: 09:00-18:00
  • İş günləri: Həftədə 5 gün
  • Namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

Biz sizə nə təklif edirik?

  • Satış sahəsində bilik və bacarıqların sistemli şəkildə inkişafı
  • Satış və şəxsi inkişaf üzrə daxili təlimlər və sertifikatlaşma dəstəyi
  • Performansa əsaslanan yüksək gəlir imkanları
  • Peşəkar korporativ mühit və geniş biznes əlaqələri
  • Karyera inkişafı üçün real perspektivlər

Tələblər

  • Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi
  • Güclü ünsiyyət və inandırma bacarıqları
  • Satış prinsipləri və müştəri yönümlü yanaşma haqqında anlayış
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma

Şəxsi bacarıqlar

  • Yüksək kommunikasiya və təqdimat bacarıqları
  • Öyrənməyə açıq və inkişafyönümlü düşüncə
  • İnsanlarla işləməyi sevən, pozitiv və komanda ruhlu şəxsiyyət
  • Stressə davamlılıq və düzgün zaman idarəetməsi

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun