PAY Group

Satış üzrə mütəxəssis (Fortex showroom)

PAY Group
Ə/h razılaşma ilə
1359
Tam iş günü
Bakı, Azərbaycan
06.08.2025 09:45 - 06.09.2025 12:00

İş haqqında məlumat

  • Məhsulların tanıtma işlərini təşkil etmək;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək;
  • Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək;
  • Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək;
  • Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək;
  • Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq;
  • Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək;
  • Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü, 10:00-19:00 ;
  • İstirahət günü: Bazar;
  • Nahar şirkət tərəfindən verilir;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı razılaşma ilə + bonus.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. 

Tələblər

  • Ali və ya orta təhsil;
  • Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir);
  • Satış prosesini və dinamikasını başa düşmək;
  • Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı;
  • Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir. Rus dilində danışıq üstünlükdür;
  • Yaş həddi 23-38 yaş arası;
  • Cinsi: kişi.


Oxşar vakansiyalar