Ramada Plaza by Wyndham Gəncə

Satış üzrə mütəxəssis-Gəncə

Ramada Plaza by Wyndham Gəncə
Ə/h razılaşma ilə
2157
Tam iş günü
Gəncə, Azərbaycan
23.10.2025 09:38 - 23.11.2025 12:00

İş haqqında məlumat

  • Satışın inkişafı üzrə direktorun bütün şöbə fəaliyyətlərində dəstəkləmək və onu əvəz edə bilmək;
  • Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq;
  • Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq;
  • Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq;
  • Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “Tabia Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək;
  • Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq;
  • Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq;
  • Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək;
  • Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək;
  • Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə direktora təqdim etmək;
  • Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək;
  • Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq;
  • Yerli otel və idarəetmə siyasətlərinə uyğun olaraq bütün digər otel qeydləri və formalarını saxlamaq;
  • Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək;
  • Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq;
  • Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
  • Məhsula dair bilikləri daima yeniləmək;
  • Sənaye, şirkətin və ya otel tərəfindən tələb olunduqda, şöbənin funksiyalarında baş vermiş hər hansı dəyişikliyə uyğunlaşmaq;
  • Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək və şöbənin və mehmanxananın müvəffəqiyyət qazanması üçün onlara stimullaşdırmaq və rəğbətləndirmək;
  • Təlim üzrə Menecerlə və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək;
  • Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək ;
  • TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək. 

İş şəraiti:

  • Şirkət: Yeni Gəncə Hotel Company MMC (Ramada Plaza Gence Hotel) ;
  • İş yeri: Gəncə, Nizami küç. 519.

Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Marketinq və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan , Rus və İngilis dilində sərbəst danışıq və yazı bacarığı; 
  • MS Office proqramlarında yüksək səviyyədə biliklər;
  • Güclü ünsiyyət və liderlik bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti.


Oxşar vakansiyalar