Ecopress MMC

Satış üzrə operator (B2B)

Ecopress MMC
750 ₼
641
Tam iş günü
Bakı, Azərbaycan
14/08/2026 - 28/08/2026

İş haqqında məlumat

  • 1C proqramında satışların, sifarişlərin və müvafiq əməliyyatların dəqiq şəkildə qeydiyyatının aparılması;
  • Şirkətə daxil olan zənglərin qəbul edilməsi, müştərilərin sifarişlərinin qeydə alınması və suallarının cavablandırılması;
  • Debitor borcu (gecikmiş ödənişləri) olan müştərilərlə telefon vasitəsilə mütəmadi əlaqə saxlanılması, borcların izlənilməsi və geri qaytarılmasının təmin edilməsi;
  • Ofis daxili ilkin sənədləşmə işlərinin icra olunması;
  • Lazımi sənədlərin (hesab-faktura, qaimə və s.) çap edilməsi, skan olunması, qovluqlara yığılması və arxivləşdirilməsi.

İş şəraiti:

  • Rəsmiyyət: Azərbaycan Respublikasının Əmək məcəlləsinə tam uyğun olaraq rəsmi əmək müqaviləsi bağlanılır;
  • Əməkhaqqı: 750 AZN (Net)
  • İş qrafiki: Həftədə 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatları: 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və Bazar günləri;

Ünvan: Nəsimi ray., Xətai pr., 34 LUXEN PLAZA 1-ci bina 16 mərtəbə.


 

Tələblər

  • Cins: Yalnız xanım namizədlər;
  • 1C proqramında sərbəst işləmək bacarığı və bu sahədə iş təcrübəsi;
  • Səlis nitq, xoş səs tonu və telefonda peşəkar ünsiyyət (mədəniyyət) qurmaq qabiliyyəti;
  • Problemli və borclu müştərilərlə danışıqlar aparmaq bacarığı, stressə davamlılıq;
  • Ofis texnikası (printer, skaner və s.) ilə işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, punktuallıq və verilən tapşırıqları vaxtında icra etmək.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun