Bakı,
Azərbaycan
12.05.25
-
12.06.25
İş haqqında məlumat
- Satış və Alış İdarəçiliyi;
- Brendlər üzrə məhsul qalığının salonlar və anbarda nəzarətdə saxlanmas;
- Günlük və aylıq satış göstəricilərinin təhlili və rəhbərliyə hesabat;
- Aylıq, rüblük və illik sifariş planlarının hazırlanması;
- Reklam və vitrin materiallarının vaxtında sifarişi və bölgüsü;
- Məhsulların 1C proqramında düzgün nomenklaturaya uyğun yaradılması;
- Məhsulların satış nöqtələrinə optimal bölgüsünün təşkili;
- Sifariş prosesi zamanı yaranan problemlərin operativ həlli;
- Salonların İdarə Edilməsi;
- Hər gün salonlarla əlaqə və işə gündəlik nəzarət;
- Malların düzgün düzümləri və vizual təqdimatına nəzarət;
- Təmizlik və vitrin standartlarının qorunması;
- Reklam və satış mallarının qalığının yoxlanması və sistemə düzgün işlənməsi;
- Satış artımı üçün təşəbbüslərin hazırlanması və tədbiqi;
- Rüblük əsasda salonların rentabellik hesabatlarının hazırlanması;
- Mövcud və yeni salonların yerləşmə və inkişaf planlarında iştirak;
- Satış Komandasının İdarə Edilməsi;
- İşçi qrafiklərinin tərtibatı və işçilərin rotasiyası;
- Yeni namizədlərin seçimi və təlimində iştirak;
- Komanda daxilində motivasiyanın və əməkdaşlıq ruhunun yaradılması;
- Geyim kodeksi, şəxsi gigiyena və korporativ qaydalara riayətə nəzarət;
- Mütəmadi komanda iclaslarının təşkili və məhsuldarlıq üzrə təkliflərin; toplanması;
- Kommersiya sirrinin qorunması və daxili etikaya əməl olunması;
- İşçi performansının analizi və inkişaf təkliflərinin verilməsi;
- Servis və Texniki Dəstək;
- Servisə göndərilən saatların sistemdə düzgün qeydiyyatı;
- Ehtiyat hissələrinin vaxtında sifarişi;
- Servisə daxil olan və çıxan məhsullar üzrə hesabatların hazırlanması;
- Servis proseslərində yaranan problemlərin vaxtında aradan qaldırılması.
Tələblər
- Satış və ya təchizat sahəsində minimum 2-3 il iş təcrübəsi;
- 1C proqramı üzrə iş bacarığı;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Satış analitikası və strategiyasına dair biliklər;
- Problem həll etmə və qərarvermə qabiliyyəti;
- Detallara diqqət və yüksək məsuliyyət hissi;
- İş yeri: Bakı şəhəri Qobu qəsəbəsi;
- İş qrafiki: Həftədə 6 iş günü.