Caspel

Satış və marketinq şöbəsinin satış üzrə böyük mütəxəssisi

Caspel
Ə/h razılaşma ilə
542
Tam iş günü
Bakı, Azərbaycan
15/01/2026 - 29/01/2026

İş haqqında məlumat

  • Tam satış prosesinin idarə olunması: ilkin əlaqə, ehtiyacların müəyyən edilməsi, təqdimat, kommersiya təklifinin hazırlanması, müqavilənin bağlanması və layihənin sonrakı dəstəklənməsi.
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi – İT həlləri, məhsulları və xidmətləri üzrə  bazarının genişləndirilməsi.
  • Böyük və strateji müştərilərlə danışıqların aparılması, C-Level rəhbərlərlə görüşlərin təşkili və idarə olunması.
  • İnteqrasiya layihələri, proqram təminatı, server və şəbəkə həllərinin təqdimatı və müştəriyə texniki üstünlüklərin izahı.
  • Müştəri tələblərinin təhlili, fərdi yanaşmaların hazırlanması və ən uyğun həllərin seçilməsi üçün texniki mütəxəssislərlə əməkdaşlıq.
  • Tender proseslərində iştirak – texniki tapşırıqla işləmək, təkliflərin hazırlanması və layihələrin müdafiəsi.
  • Şirkətin strateji satış planlarının hazırlanmasında iştirak, yeni bazar imkanlarının müəyyən edilməsi.
  • Əsas müştərilərlə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi.
  • Şirkət daxilində marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə qarşılıqlı iş.
  • Satış göstəricilərinə, mənfəətə və bazar payına dair KPI-ların icrası.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə 

Tələblər

  • Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir).
  • İT həlləri və xidmətlərinin satışında ən azı 4–5 il iş təcrübəsi (korporativ və ya B2B seqmentində).
  • İT məhsulları üzrə güclü texniki anlayış: server və şəbəkə infrastrukturu, bulud texnologiyaları, proqram təminatı, kibertəhlükəsizlik həlləri.
  • Yüksək səviyyəli danışıqlar bacarığı və C-Level müştərilərlə görüşlərdə uğurlu təcrübə.
  • Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və tender sənədləri ilə işləmək bacarığı.
  • Strategiyaların hazırlanması, satış proseslərinin optimallaşdırılması və iri layihələrin idarə edilməsi üzrə təcrübə.
  • MS Office, CRM sistemləri və satış analitikası üzrə sərbəst işləmək bacarığı.
  • Yüksək səviyyəli təqdimat, ünsiyyət və komandada işləmək bacarıqları.
  • Müxtəlif layihələrdə paralel işləmək, prioritetləri düzgün müəyyən etmək və vaxtı effektiv idarə etmək qabiliyyəti.
  • Rus və ingilis dillərində sərbəst danışıqlar aparmaq və yazışma bacarığı üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Diqqətli;
  • Məsuliyyətlilik və stressə davamlılıq; 
  • Məqsədyönlülük;
  • Loyallıq və punktual olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti;