Bakı,
Azərbaycan
07.05.25
-
07.06.25
İş haqqında məlumat
- Platformaya potensiallı satıcı və təchizatçıların müəyyənləşdirilməsi və cəlb edilməsi;
- Satıcıların onboarding prosesində yönləndirilməsi: məhsulların yerləşdirilməsi, qiymətlərin təyin edilməsi, şəkillər, kateqoriyalar və qaydalar;
- Bütün məhsul siyahılarının düzgün şəkildə tərcümə edilməsi, kateqoriyalaşdırılması və axtarış üçün optimallaşdırılmasına nəzarət;
- Satıcılarla güclü münasibətlərin qurulması və qorunması; onlara platforma alətləri və idarəetmə panellərindən istifadə üzrə təlimlərin keçirilməsi;
- Satıcı fəaliyyətinin izlənməsi, təkmilləşdirmə təkliflərinin verilməsi və siyahı ilə bağlı problemlərin həlli;
- Texniki rəhbər, Alıcı Artımı və Əlaqə Meneceri və Müştəri Dəstəyi komandası ilə sıx əməkdaşlıq edərək satıcılar üçün rahat və effektiv təcrübənin təmin olunması;
- Satıcı rəylərinin toplanması və məhsul/təhlükəsizlik komandalarına çatdırılması üçün kommunikasiya qurmaq;
- Onboarding və satış üzrə əsas göstəricilərin (KPI) izlənilməsi və hədəflərə çatılmasının təmin olunması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi-nə uyğun sənədləşmə.
Tələblər
- B2B satış, təchizatçı menecmenti və ya hesabların onboarding sahəsində sübut olunmuş təcrübə (xüsusilə e-ticarət və ya rəqəmsal platformalarda);
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Texniki prosesləri texniki olmayan istifadəçilərə sadə və aydın şəkildə izah etmək qabiliyyəti;
- Marketplace (bazar yeri) əməliyyatları, məhsul siyahıları, qiymət strategiyaları və axtarış optimallaşdırması üzrə tanışlıq;
- Diqqətlilik və siyahılardakı səhv və uyğunsuzluqları aşkar etmək bacarığı;
- Münasibətlərin qurulması və hesab menecmenti üzrə güclü bacarıqlar;
- Panellər, CRM alətləri və Excel/Google Sheets ilə işləmək rahatlığı;
- Texniki, marketinq və dəstək komandaları ilə komanda şəklində işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis və Rus dilləri üstünlükdür.