İş haqqında məlumat
Gələcək karyerasını Avtomobil satışı və rəsmiləşdirilməsi üzrə qurmaq, bilik və bacarıqlarını bu yöndə inkişaf etdirmək istəyənlərin nəzərinə “Performance Center” şirkəti Satış və satışın rəsmiləşdirilməsi üzrə 3 aylıq təcrübə proqramı elan edir.
Müsahibə yolu ilə Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 5 il olmaqla Satış şöbəsində işlə təmin ediləcəklər.
- İş qrafiki: həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500 manat
- İş təcrübəsi tələb olunmur.
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satış və rəsmiləşdirilmə üzrə təcrübə proqramı” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində danışıq, digər xarici dil bilikləri arzuolunandır;
- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
- MC Office proqramlarını bilməli;
- Yaş: 21-25;
- Yüksək ünsiyyət qurma bacarığı.