Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
- Satış və satınalma proseslərinin koordinasiyası və idarə olunması
- Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıqların qurulması
- Məhsul və xidmətlərin qiymət analizinin aparılması
- Sifarişlərin hazırlanması və prosesin nəzarətdə saxlanılması
- Müxtəlif layihə və tədbirlərin təşkilində aktiv iştirak
- Şirkətin gündəlik əməliyyat proseslərinə dəstək
- Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
- Komanda ilə koordinasiyalı şəkildə işləmək
- Ofis proqramlarında sənədlərlə işləmək və məlumat bazalarının idarə olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi
İş şəraiti
- İş yeri: AF Mall
- İş qrafiki: 5 gün 10:00 – 18:00
- Maaş: sınaq müddəti ərzində 700 AZN fiks + satış faizi, sınaq müddəti bitəndən sonra fiks maaş artacaq.
Biz nə təklif edirik:
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul
- Stabil və uzunmüddətli iş imkanı
- Gənc, pozitiv və dəstəkçi kollektiv
- Rahat və müasir iş mühiti
- İnkişaf və yeni layihələrdə iştirak imkanı
- Dinamik və motivasiyaedici iş atmosferi
Tələblər
- Azərbaycan və rus dillərini sərbəst bilmək — mütləqdir
- İngilis dili biliyi üstünlükdür
- Kompüter proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- MS Office proqramlarını yaxşı bilmək
- 1C proqramı üzrə biliklər üstünlükdür
- Analitik düşüncə və təşkilatçılıq bacarığı
- Çoxşaxəli iş mühitində işləmək qabiliyyəti
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.