Bestcomp Group

Satışa Dəstək Mühəndisi (Presales Engineer – Server & Storage)

Bestcomp Group
Ə/h razılaşma ilə
917
Tam iş günü
Bakı, Azərbaycan
10/12/2025 - 17/12/2025

İş haqqında məlumat

  • Müasir server və saxlama infrastrukturunun quruluşunu, komponentlərini və funksional təyinatını başa düşmək və izah etmək;
  • Müştərinin problemlərini təhlil etmək və anlamaq;
  • Təklif olunan həllin biznes nəticələrini başa düşmək və bunu müştəriyə izah etmək;
  • Müştərilər üçün təqdimat hazırlamaq və təqdim etmək;
  • Təklif olunan həlli vizuallaşdırmaq və HLD (High Level Design) çertyojunu hazırlamaq;
  • Kritik sistemləri təhlil etmək və onların təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Həll sənədləri və təqdimatlar hazırlamaq üzrə təcrübəli olmaq;
  • Bazarın sənaye seqmentləri haqqında məlumat toplamaq və həmin seqmentdə tətbiq olunan xidmət/həllərin təşviqi və satışı üçün strategiya hazırlamaq (birbaşa rəhbərlə birlikdə);
  • Müştərilərlə telefon, e-poçt və şəxsi görüşlər vasitəsilə danışıqlar apararaq şirkətin xidmət/həll ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştərilər üçün şirkətin məhsul və həllərinin təqdimatını həyata keçirmək;
  • Satış menecerləri üçün vendor məhsul və həlləri üzrə təqdimat və təlimlərin keçirilməsində komandaya dəstək vermək;
  • Müştərinin müəyyən edilmiş ehtiyaclarına uyğun texniki spesifikasiya hazırlamaq;
  • Həllin texniki dizayn sənədini və digər texniki sənədləri hazırlamaq;
  • Müştərilər üçün texniki və təqdimat yönümlü vebinarlar keçirmək;
  • Satış hesab menecerlərinə cari iş məsələlərində müştərilərlə əməkdaşlıqda dəstək vermək;
  • Müştərilərlə güclü və uzunmüddətli münasibətlər yaratmaq və onların ehtiyaclarını başa düşərək tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək;
  • Biznes tərəfdaşları və vendorlarla güclü əlaqələr qurmaq və inkişaf etdirmək;
  • Vendor və tərəfdaşlardan optimal kommersiya şərtləri əldə etmək;
  • Lazım gəldikdə qeydiyyatların və davam edən proseslərin idarə olunması;
  • Vendorlarla müqavilə və deal registration proseslərini idarə etmək (zərurət olduqda);
  • Marketinq meneceri ilə birlikdə marketinq fəaliyyətlərinin hazırlanmasında iştirak etmək;
  • Müştəri ehtiyacları və vendor tələbləri əsasında stok sifarişlərinin hazırlanması; spesifikasiyaların hazırlanması zamanı stok satışlarının təşviqi;
  • Stok və bazar analizi aparmaq;
  • Məhsul və həllər üzrə müntəzəm təlimlərdə iştirak etmək və müvafiq satış/presales/texniki sertifikatlar əldə etmək;
  • Şirkəti yüksək səviyyədə təmsil etmək;
  • Şirkətin imicinə və biznes reputasiyasına zərər vura biləcək vəziyyətlərin və hərəkətlərin qarşısını almaq;
  • Görülmüş işlər barədə hesabat hazırlamaq;
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Tələblər

  • Təhsil:Ali təhsil
  • Təcrübə:3+ il
  • İxtisaslaşma sahələri:IT Presales
  • Server, Storage, Virtualization, Backups, Network
  • Kompüter bilikləri:
  • Excel, Word, Outlook, Visio, PowerPoint, IRIX və digər vendor konfiquratorları və alətləri
  • Dillər: Azərbaycan, Rus və İngilis dillərində yaxşı yazı və danışıq bacarığı

Şəxsi Keyfiyyətlər

  • Komanda işi, əməkdaşlıq və güclü iş etikası;
  • Zamanın idarə edilməsi və təşkilati bacarıqlar;
  • Yüksək analitik və problem həll etmə bacarıqları;
  • Tələblərin təhlili və sənədləşmə;
  • Ünsiyyətcil, Danışıq aparmaq bacarığı , çevik və davamlı olmaq;
  • İnandırıcı olmaq bacarığı;
  • Yeni bilikləri yüksək keyfiyyətlə mənimsəyə bilmək;
  • Pozitiv yanaşma, məsuliyyət, diqqətlilik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


 


Oxşar vakansiyalar