Data Technologies

Satışlar üzrə Aparıcı Mütəxəssis

Data Technologies
Ə/h razılaşma ilə
5883
Tam iş günü
Bakı, Azərbaycan
10/02/2026 - 24/02/2026

İş haqqında məlumat

  • Yeni müştərilərin cəlbi üçün aktiv satış aparmaq, görüşlər təyin etmək, müştəri bazasını genişləndirmək və satış pipeline-ını formalaşdırmaq.
  • Mövcud müştərilərlə əməkdaşlığı idarə etmək, təkrar satışları artırmaq və müştəri məmnuniyyətini təmin etmək.
  • Müştəri ehtiyaclarını təhlil etmək, uyğun məhsul/həll təkliflərini formalaşdırmaq, alternativlər təqdim etmək və dəyər təklifini əsaslandırmaq.
  • Satınalma şöbəsi ilə koordinasiyalı işləyərək yerli/xarici stok mövcudluğu, çatdırılma müddəti və şərtləri dəqiqləşdirmək; müştəriyə düzgün və vaxtında məlumat təqdim etmək.
  • Kommersiya təkliflərini hazırlamaq və təqdim etmək; qiymət sorğuları (RFQ), endirimlər və şərtlər üzrə daxili təsdiq proseslərini icra etmək.
  • Şöbə rəhbərinin müəyyən etdiyi limitlər daxilində qiymət və kommersiya şərtləri üzrə danışıqlar aparmaq, marja çərçivəsində razılaşmaları formalaşdırmaq və satışın bağlanmasını (closing) təmin etmək.
  • Sifarişlərin rəsmiləşdirilməsi və icrasında Əməliyyat/Logistika/Anbar/Mühasibə şöbələri ilə koordinasiya qurmaq.
  • Satış sonrası proseslərdə müştəriyə dəstək vermək: zəmanət/servis yönləndirmələri, geri dönüşlər və problemli sifarişlərin həlli üçün aidiyyəti şöbələrlə operativ işləmək.
  • CRM/pipeline qeydlərini aparmaq, satış proqnozlarını və mütəmadi hesabatları hazırlamaq; bazar və rəqib məlumatlarını toplayaraq rəhbərliyə təqdim etmək.

Hüquqlar və səlahiyyətlər

  • Müştəri portfeli və satış pipeline-ı üzrə prioritetləndirmə və fəaliyyət planı təklif etmək.
  • Satınalma şöbəsindən yerli/xarici stok və təchizat kanalları üzrə qiymət/mövcudluq məlumatlarını aktual tutmaq və koordinasiya aparmaq.
  • Şöbə rəhbərinin verdiyi səlahiyyət çərçivəsində müştərilərlə kommersiya danışıqları aparmaq, şərtlər üzrə razılaşmaları daxili formalaşdırmaq.
  • Endirim/marja/ödəmə şərtləri üzrə daxili təsdiq proseslərinə initiator olmaq və təsdiqləri toplamaq.
  • Satışın icrası üçün aidiyyəti şöbələrdən sənədləşmə və əməliyyat dəstəyi tələb etmək.

Əməkdaşlıq edilən tərəflər

  • Daxili: Satınalma, Texniki şöbə/Pre-sales (lazım olduqda), Əməliyyat, Logistika/Anbar, Mühasibə, Marketinq.
  • Xarici: İntegrator şirkətlər, son sifarişçilər. 

Tələblər

  • B2B satış təcrübəsi (arzuolunan: IT avadanlıqları, integrator satışları, korporativ müştərilər).
  • IT avadanlıq portfeli üzrə baza anlayış: server, storage, şəbəkə, PC/işçi stansiya, periferiya və servis/zəmanət yanaşmaları.
  • Güclü ünsiyyət və danışıqlar bacarığı; ehtiyac analizi, təqdimat və etirazların idarə edilməsi (objection handling).
  • Analitik yanaşma: marja hesablaması, qiymət müqayisəsi, proqnozlaşdırma və prioritetləndirmə.
  • CRM və MS Office ilə işləmək; sənədləşmə və kommersiya təklifinin hazırlanması vərdişləri. (Üstünlükdür): İngilis və/və ya Rus dili; distributor/istehsalçı materiallarını oxuyub anlamaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.