Bakı,
Azərbaycan
18.06.2025 23:05
-
18.07.2025 12:00
İş haqqında məlumat
- Şəbəkə avadanlıqlarının quraşdırılması və konfiqurasiyası;
- Şəbəkə avadanlıqlarının nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsi (IOS, JunOS, FortiOS və s.);
- Şəbəkə avadanlıqlarının inventarizasiyası/auditi;
- Şəbəkə diaqramlarının (Visio, draw.io) hazırlanması;
- Şəbəkə topologiyası və arxitekturasına uyğun olaraq şəbəkə avadanlıqlarını və şəbəkə adapterlərinin seçilməsi;
- Tələblərə uyğun olaraq şəbəkə avadanlığının seçilməsi;
- Müştəriyə avadanlıqların təhvil verilməsi;
- Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı və s;
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri );
- İş yeri: “Bakinity Distribution” MMC.
Tələblər
- Ali təhsil (İT, Telekommunikasiya və ya Elektronika ixtisasları üzrə və ya oxşar texniki sahədə);
- 2-4 il İT infrastruktur və ya sistem inteqrasiyası layihələrində iş təcrübəsi;
- İT infrastruktur layihələrində uğurlu iştirak (serverlər, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və s.);
- 1 peşəkar sertifikat (Cisco CCNA);
- Cisco, Juniper, HPE/Aruba və s. şəbəkə avadanlıqları ilə iş təcrübəsi (2+ il);
- Şəbəkə protokollarına dərindən biliyi (LAN/WAN: Ethernet, VLAN, STP, LACP, VXLAN; Marşrutizasiya: OSPF, EIGRP, BGP, MPLS; Təhlükəsizlik: ACL, 802.1X, VPN (IPSec, GRE);
- Server və rabitə kabinetlərində avadanlıqların quraşdırılması;
- Texniki problemlərin diaqnostikası və səbəblərinin müəyyən edilməsi;
- Məlumatların təhlili və Excel-də işləmə bacarığı;
- Windows, MS Office, MS Visio (qabaqcıl səviyyə), Linux (əsas səviyyə);
- Şəbəkə problemlərinin diaqnostikası bacarığı (Wireshark, ping, traceroute);
- Şəbəkə monitorinq sistemləri ilə iş təcrübəsi (Zabbix, PRTG, SolarWinds);
- Texniki sənədlərin və şəbəkə diaqramlarının hazırlanması.
- Aydın və məntiqli danışıq qabiliyyəti;
- Dinləmə və anlama bacarığı;
- Müstəqil işləmə qabiliyyəti və vaxtında tapşırıqların yerinə yetirilməsi;
- Texniki məsələləri müştərilərə sadə izah etmə;
- Komanda işi və əməkdaşlığa açıqlıq;
- Məsuliyyət hissi və vaxtında nəticə əldə etmə;
- Öyrənməyə hazırlıq (sertifikasiyaların yenilənməsi);
- Problemləri analiz etmə və həll yolları tapma qabiliyyəti;
- Stress altında işləmə bacarığı;
- Azərbaycan və Rus dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı;
- İngilis dilində texniki sənədləri oxuma bacarığı;