Yevlakh City Hotel

Security Manager/ Təhlükəsizlik üzrə menecer

Yevlakh City Hotel
Ə/h razılaşma ilə
2235
Tam iş günü
Yevlax, Azərbaycan
24.09.2025 11:01 - 24.10.2025 12:00

İş haqqında məlumat

Ünvan: Yevlax rayonu, Ceyhun Mustafayev.129a

  • Otelin təhlükəsizliyinin təmin edilməsi (bina, ərazi, qonaqlar, işçilər);
  • Daxili qaydalara əsasən nəzarətin və yoxlamaların keçirilməsi;
  • Müəssisənin  mülkiyyətində və istifadəsində olan əraziyə, daşınar və daşınmaz əmlaka, habelə əməkdaşlara nəzarətin təşkil edilməsi;
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq əməkdaşlara təlim keçirilməsi;
  • Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparılması;
  • Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görülməsi;
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil edilməsi;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edilməsi;
  • Növbə rəhbərlərinə tapşırılan işlərin keyfiyyətli təmin olunmasına nəzarət edilməsi;
  • Otelin daxilində və bütövlükdə hotelin ərazisində olan əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsinə rəhbərlik edilməsi;
  • Müəssisənin inzibati binasında, anbarlarda və digər yardımçı sahələrdə mühafizə xidmətinin təşkilinin həyata keçirilməsi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Könülü tibbi sığorta;
  • Qalmaq yeri  ilə təmin olunma ;
  • Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
  • Tibbi sığorta.

İş yeri: Yevlax rayonu.

Müraciət forması:

  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlərdən CV göndərərkən mövzu yerində müraciət edilən vəzifə adının qeyd edilməsi xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • Təhlükəsizlik üzrə sertifikatlar və təlimlər arzuolunandır.
  • Namizəd: Azərbaycan vətəndaşı 
  • Təcrübə: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
  • Təhlükəsizlik sistemlərinin və avadanlıqlarının idarə edilməsi təcrübəsi;
  • Təhlükəsizlik komandası və resurslarının idarə olunması təcrübəsi;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • MS Office proqramlarında işləmək bacarığı.


Oxşar vakansiyalar