Bakı,
Azərbaycan
20.08.2025 03:47
-
20.09.2025 12:00
İş haqqında məlumat
- İş gününün planlaşdırılması, görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar, tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
- Cəmiyyətin fəaliyyət sahəsinə aid olan tədbirlərin keçirilməsi işinin təşkil edilməsində iştirak etmək;
- Keçirilən iclasların, görüşlərin hazırlanması. lazımi materialların toplanması, iclasların vaxtı, yeri, gündəliyi barədə aidiyyəti işçilərin məlumatlandırılması, protokolların və digər sənədlərin aparılması;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı olan bütün materialların gündəlik qısa məzmunu barədə məlumat hazırlamaq, işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumat vermək;
- Əmr və sərəncamlarının hazırlanmasında iştirak etmək, Cəmiyyətin aparatının struktur bölmələri tərəfindən işlərin icra vəziyyətinə dair məlumat hazırlamaq, müvafiq sənədləri rəhbərə təqdim etmək;
- Xidməti zərurətlə əlaqədar rəhbərlə operativ əlaqə saxlamaq və yaranmış vəziyyətlə bağlı rəhbərin verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün operativ iş qurmaq;
- Səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.
İş mühiti
- İş yeri: Bakı şəhəri;
- İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur (Razılaşma əsasında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sədrin köməkçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Texniki ixtisas üzrə bakalavr təhsilinin olması;
- İstehsalat sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- MS ofis proqramları (MS Word, MS Excel və s.) ilə sərbəst işləmə bacarığı.