İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
1165
Tam iş günü
Bakı, Azərbaycan
14/01/2026 - 28/01/2026

İş haqqında məlumat

  • Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması üçün görüşlər keçirmək;
  • Kommersiya sektorunun səlahiyyəti çərçivəsində reklam fəaliyyətini təşkil etmək və idarə etmək;
  • Satışın səmərəliliyini və gəlirliliyi artırmaq məqsədilə tariflərin və satış qiymətlərinin yenilənməsivə optimallaşdırılması üçün təkliflər hazırlamaq;
  • Bazarın dinamikasını izləmək, analitik araşdırmalar hazırlamaq və yeni təkliflərlə bağlı əsaslı təkliflər vermək, hesabat hazırlamaq;
  • Aidiyyəti dövlət qurumları, özəl sektor təmsilçiləri və mövcud tərəfdaşlarla dayanıqlı işgüzar əlaqələr qurmaq;
  • Kommersiya layihələri üzrə müqavilə şərtlərinin hazırlamasına nəzarət etmək, prosesləri idarə etmək və sənədləşmə işlərini koordinasiya etmək;
  • Tərəfdaşlarla kommersiya münasibətləri tənzimləmək və qarşılıqlı faydalı olan yeni iş birliyi modelləri yaratmaq;
  • Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək;
  • Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək;

Tələblər

  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat ali təhsil);
  • İş təcrübəsi: Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi (rəhbər vəzifə üzrə 1 il);
  • Dövlət qurumları ilə iş sahəsində təcrübənin olması;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
  • Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
  • Dil bilikləri: ingilis dili (B1,B2), rus dili (B1, B2).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.