AzerGold CJSC

Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi

AzerGold CJSC
Ə/h razılaşma ilə
403
Tam iş günü
Bakı, Azərbaycan
05.11.2025 05:08 - 05.12.2025 12:00

İş haqqında məlumat

  • Sektorun iş fəaliyyətini təşkil etmək, sektor əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil edilməsində şöbə müdirinə dəstək olmaq;
  • Sektor işçiləri tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək;
  • Sektor daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə şöbənin müdir müavininə təkliflər təqdim etmək;
  • Cəmiyyətin fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə təhlilləri və araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və Şöbə müdir müavininə təqdim etmək;
  • Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı Şöbə müdir müavininə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində Şöbə müdirinin tapşırıqlarını icra etmək;
  • Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları yoxlamaq və Şöbə müdirinin müavininə təqdim etmək;
  • Korrupsiya xarakterli hallara və nəzarət mexanizmlərində boşluqlara qarşı adekvat mübarizə, həmçinin effektiv tənzimləməni əhatə edən xüsusi daxili nəzarət sistemin formalaşdırılması və bu istiqamətdə araşdırılmaların aparılması üzrə Şöbə müdir müavininə dəstək göstərmək, bu istiqamətdə sektor əməkdaşlarının işini yoxlamaq və bu sistemin mütəmadi olaraq təkmilləşdirməsi üçün Şöbənin müdir müavininə təkliflər təqdim etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri təkmilləşdirmək;
  • Cəmiyyətin fəaliyyətində daxili nəzarət üzrə mexanizmlərin formalaşdırılmasını, habelə bu sistem mexanizmlərin işləkliyini və davamlı olaraq inkişaf etdirilməsinində Şöbə müdir müavininə dəstək göstərmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq qabaqcıl təcrübəni öyrənmək və uyğun yeniliklərin tətbiqi məqsədilə Şöbə müdir müavininə təkliflər vermək;
  • Aidiyyəti hesabatları hazırlamaq və Şöbənin müdir müavininə təqdim etmək.

Tələblər

  • Azərbaycan dili səlis, ingilis dili və Rus dili yaxşı səviyyədə olmalı;
  • Microsoft Office, digər audit və statistik proqramlar üzrə biliklər;
  • Müxtəlif peşə (CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır;
  • Şirkətin biznes modelini anlamaq, ağır sənaye və dağ-mədən sektoru üzrə məlumatlı olmaq;
  • Təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, hesabat yazma səriştəsi, məsuliyyət, əməkdaşlıq, innovativlik, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq, analiz və problem həll etmə bacarığı, planlama səriştəlikləri.
  • Hüquq yönümlü ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi, İdarəetmə sahəsi üzrə ən azı 2 il iş təcrübəsi olmaqla ümumilikdə 5 il iş təcrübəsi tələb olunur.