Bakı,
Azərbaycan
28/04/2026
-
12/05/2026
İş haqqında məlumat
- Hüquqi və rəsmi sənədlərin qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;
- Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
- Sənədlərin müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
- Texniki sənədləri müvafiq kodlaşdırma sisteminə uyğun olaraq nömrələmək və identifikasiya etmək;
- Sənəd mübadiləsini şirkətdaxili sənədlərə nəzarət proseduruna uyğun həyata keçirmək;
- Vaxtı keçmiş sənədlər barədə komanda üzvlərini məlumatlandırmaq;
- Tanışlıq və Təhvil-Təslim iclaslarını təşkil etmək, iclaslarda iştirak etmək və qeydlər aparmaq;
- Podratçı və Sifarişçi şirkətlərlə sənədləşmə işlərini koordinasiya etmək, onların tələb olunan sənəd nümunələri ilə təmin edilməsini və sistemli sənəd mübadiləsini təşkil etmək;
- Təsdiq olunmuş müqavilələrin uyğunluğunu yoxlamaq və qeydiyyata almaq;
- Şöbələrarası sənəd dövriyyəsini koordinasiya etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
- Müqavilələrin və digər tələb olunan sənədlərin reyestrini aparmaq;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrasını həyata keçirmək.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00
Tələblər
- Ali təhsil (hüquq təhsili olan namizədlərə üstünlük veriləcək);
- Sənədlərə nəzarət və ya sənəd dövriyyəsi sahəsində iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dilləri arzuolunandır);
- MS Office proqramlarında işləmək bacarığı (Microsoft Word proqramında yüksək səviyyədə bilik tələb olunur);
- Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.