Advanced Industrial Solutions

Sənəd dövriyyəsinin idarə olunması üzrə mütəxəssis

Advanced Industrial Solutions
1000 ₼
2195
Tam iş günü
Bakı, Azərbaycan
03.09.2025 10:43 - 03.10.2025 12:00

İş haqqında məlumat

  • Sənədlərin skanlarının tətbiqdə reyestra daxil edilməsi;
  • Sənədlərinin direktorun imzasına təqdim edilməsi;
  • Aylıq şirkət maşınları ilə bağlı hesabatın hazırlanması;
  • Sənədlərin (məktublar, prossedurlar, müqavilələr, maliyyə sənədləri və s.) arxivləşdirilməsi;
  • Müxtəlif təyinatları sənədlər üçün müvafiq reyestrlərin qurulması və aparılması.
  • Layihə sənədlərinin arxivləşdirilməsi
  • Təşkilatın kargüzarlığına daxil olmuş sənədlərin icra müddətinə, tərtibinə, göndərilməsinə və arxivləşdirilməsinə nəzarət etmək;
  • İcra edilmiş sənədləri və onların qoşmalarını aidiyyəti struktur bölmələrdən tələb etmək və aidiyyəti üzrə göndərmək;
  • Təşkilatın kargüzarlığına bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə yönləndirmək və icraçılara çatdırmaq;
  • Sənədlərin fiziki və ya elektron formada düzgün saxlanması, surətinin çoxaldılması və kateqoriyalara uyğun olaraq arxivləşdirilməsi;
  • Sənədlərinin müvafiq Prosedurlara uyğun şəkildə qəbulu və  yoxlanması və uyğunsuzluqlarla bağlı müvafiq təşkilatlarla əlaqə saxlanması;
  • Sənədlərlə bağlı məxfilik rejiminin qorunması.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri ;
  • Əmək haqqı: 1000 net (bilik və bacarıqlara görə dəyişə bilər);
  • İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək;
  • İş təcrübəsi: 3 il.

Tələblərə cavab verən namizədlər mailin başlığında “Sənəd dövriyyəsinin idarə olunması üzrə mütəxəssis” yazmaqla CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Tələblər

  • Yaş həddi: 25-35 yaş;
  • Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı;
  • Məsuliyyətli və stresə davamlı olmaq;
  • Işində dəqiq və məsuliyyətli olmalı;
  • Yüksək ünsiyyət bacarığının olması;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı.


Oxşar vakansiyalar