Bakı,
Azərbaycan
06.11.2025 12:10
-
06.12.2025 12:00
İş haqqında məlumat
- Müqavilələrin hazırlanması və standartlara uyğun olmasının yoxlanılması;
- Müəssisədə sənədlərin arxivləşdirilməsi və ehtiyac olduğu təqdirdə rəhbərliyə aidiyyatı məlumatların təqdim olunması;
- Əməkdaşlıq edilən şirkətin əməkdaşlarına sənədlərin hazırlanması və müəyyən əməliyyatların həyata keçirilməsində dəstək göstərilməsi;
- Müəssisədə sənədlərin düzgün idarə edilməsinə dəstək göstərmək və daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sənəd mübadiləsinin yerinə yetirilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin həyata keçirilməsinə dəstək olmaq;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə dəstək göstərmək, pozuntu halları barədə öz rəhbərini məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrini saxlamaq və arxivləşdirmək;
- İclas protokollarının və aktların hazırlanmasına dəstək göstərmək;
- Log və Registerlərin hazırlanması;
- MAR, MRİ, NFi və s. kimi Keyfiyyətə Nəzarət sənədlərinin hazırlanması;
- Method Statement, İnspection Test plan kimi sənədlərlə tanışlıq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, Rus və İngilis dili üstünlükdür;
- MS Office (Word, Excel, Power Point) bilikləri;
- Ali təhsil;
- Komandada işləmə bacarığı.