hrin.az
Reklam
PMD Projects

Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis

PMD Projects

Əmək haqqı: Razılaşma

12623 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

Təsvir

Sənədləşmə prosesinə nəzarət və idarəetmə

  • Şirkət daxilində tətbiq olunan sənəd formalarına və sənəd mübadiləsi qaydalarına əməl edilməsinə nəzarət etmək;
  • Layihələrə aid hüquqi və rəsmi sənədlərin düzgün qəbulunu, mühafizəsini, yenilənməsini və müvafiq tərəflərlə paylaşılmasını təşkil etmək;
  • Şirkətdən göndərilən sənədlərin çatdırılmasını və müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək;
  • Şirkətə daxil olan sənədlərin qəbulunu, ilkin emalını, qeydiyyatını, aidiyyəti üzrə yönləndirilməsini və arxiv sistemində düzgün yerləşdirilməsini həyata keçirmək.

Standartlara uyğunluq və keyfiyyətə nəzarət

  • Sənəd dövriyyəsinin daxili qaydalara və ISO 9001 keyfiyyət standartının tələblərinə uyğun aparılmasını təmin etmək;
  • Layihələrin təhvil-təslim mərhələsində sənədləşmə işlərinin düzgün və tələb olunan qaydada həyata keçirilməsinə nəzarət etmək.

Koordinasiya və əməkdaşlıq

  • Sifarişçilər, podratçılar və icraçı şirkətlər arasında sənəd mübadiləsi prosesini əlaqələndirmək;
  • Tərəfdaş şirkətlərin tələb olunan sənədlər və nümunələrlə təmin olunmasını təşkil etmək.

Tender və müqavilə sənədləri ilə iş

  • Təsdiq edilmiş tender sənədlərinin uyğunluğunu yoxlamaq, sənədləri toplamaq, çap etmək, razılaşdırmaq, müvafiq tərəflər arasında bölüşdürmək və serverə yükləmək;
  • Təsdiqlənmiş müqavilələrin tələblərə uyğunluğunu yoxlamaq, çapını, razılaşdırılmasını və qeydiyyatını təmin etmək, həmçinin aidiyyəti şəxslərə təqdim etmək.

Elektron sistemlər və hesabatlılıq

  • Aconex və digər sənəd idarəetmə platformaları vasitəsilə müəyyən edilmiş müddət və format üzrə tələb olunan sənəd yoxlama hesabatlarını hazırlamaq.

Əlavə tapşırıqlar

  • Şöbə rəhbərinin göstərişlərinə əsasən koordinasiya fəaliyyətlərini həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqları icra etmək.

Tələblər

  • Müvafiq ixtisas istiqaməti üzrə ali təhsil;
  • Tikinti sektorunda sənədlərə nəzarət sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Layihələrin planlaşdırılması, həyata keçirilməsi və monitorinqi mərhələləri üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramları, həmçinin BIW, Conject, Aconex və 1C proqram təminatları ilə işləmək bacarığı;
  • İşgüzar yazışmaların aparılması və sənədlərlə işləmək üzrə yüksək bacarıq;
  • Komanda daxilində əməkdaşlıq etmək və effektiv kommunikasiya qurmaq qabiliyyəti.
Reklam