F

Sənədlərə nəzarət üzrə mütəxəssis

Foton
Ə/h razılaşma ilə
1331
Tam iş günü
Bakı, Azərbaycan
16.09.2025 10:26 - 16.10.2025 12:00

İş haqqında məlumat

  • Aconex sistemində layihəyə aid sənədlərin vaxtında yüklənməsi, təsnifatı və düzgün arxivləşdirilməsini təmin etmək;
  • Layihə sənədlərinin versiya izlənməsi prosesini həyata keçirmək, sənədlərin aktual versiyalarının saxlanılmasını təmin etmək;
  • Layihə sənədlərinin (tender sənədləri, müqavilələr, dizayn və test aktları və s.) uyğunluğunu yoxlamaq və layihə standartlarına cavab verməsini təmin etmək;
  • Sənədlərin layihə prosedurları və standartlarına tam uyğunluğunu təmin etmək, zəruri hallarda düzəlişlər və yenilənmələr aparmaq;
  • Layihə ilə bağlı sənədlərin arxivə verilməsi, mühafizəsi və səmərəli istifadə olunması üçün sistem yaratmaq;
  • Layihə sənədləri ilə bağlı Excel proqramında cədvəl və hesabatlar hazırlamaq, sənəd idarəetmə proseslərinin təhlilini və monitorinqini aparmaq;
  • Sənəd dövriyyəsi prosesini izləmək, sənədlərin vaxtında paylanmasını və icra vəziyyətini monitorinq etmək;
  • Layihənin əlaqədar şöbələri və iştirakçıları ilə sənədlərin ötürülməsi prosesini təşkil etmək və uyğunluğu təmin etmək;
  • Lazım gəldikdə Aconex və digər elektron sənəd idarəetmə sistemlərinin effektiv istifadə olunması üçün təlim və dəstək vermək;
  • Həftəlik və aylıq müvafiq hesabatlar hazırlayaraq  rəhbərliyinə təqdim etmək.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqı;
  • Könüllü tibbi siğorta (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İş şəraiti:

  • İş rejimi: 5 günlük ;
  • İş yeri: Bakı şəhər.

CV-lərinizi “Sənədlərə nəzarət üzrə mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərsiniz. 

Tələblər

  • Müvafiq sahə üzrə: ali təhsil;
  • Müvafiq sahə üzrə təcrübə: 1 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Ingilis dili işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Office;
  • Komandada işləmək bacarığı.