Qarabağ,
Azərbaycan
20.08.2025 00:00
-
20.09.2025 00:00
İş haqqında məlumat
- Universitetdə kargüzarlıq, elektron sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işləri təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
- Struktur bölmə vahidlərinin bu sahədəki fəaliyyətinə əməli-metodiki rəhbərliyi həyata keçirmək və səlahiyyətləri daxilində nəzarət etmək;
- Rəhbərlik etdiyi sektorun işinin təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlamaq, onun tətbiqini təşkil etmək;
- Sektorun fəaliyyət istiqamətlərii üzrə hesabatlar təqdim etmək.
Tələb olunan sənədlər:
- Tərcümeyi-hal;
- CV;
- Ali təhsili təsdiq edən sənədlərin surəti;
- Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, sektorun fəaliyyəti ilə bağlı baxış – maksimum 500 söz).
Müraciət etmək üçün: [email protected]
Tələblər
- Ali təhsil;
- Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sahəsində minimum 3 il, rəhbər vəzifələrdə minimum 2 il təcrübə (sözügedən təcrübənin ali təhsil müəssisələrində olması üstünlükdür);
- Elektron sənəd dövriyyəsi işinin təşkili üzrə təcrübə (DMSpro-ESD sistemi üzrə təcrübənin olması üstünlükdür);
- Yüksək yazılı və şifahi nitq mədəniyyəti;
- Liderlik, idarəetmə, qərar qəbuletmə, problem həlletmə, tədqiqat və analitik təhlil bacarıqları;
- Rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı.