Baku Shipyard

Sənədlərlə iş üzrə mütəxəssis

Baku Shipyard
800 - 1000 ₼
1874
Tam iş günü
Bakı, Azərbaycan
13.08.2025 04:41 - 13.09.2025 12:00

İş haqqında məlumat

  • Ərizə, bildiriş, etibarnamə, məktub, arayış və digər sənədlərin hazırlanması və onlara hüquqi rəyin verilməsi;
  • Təşkilatın sənədləşmə və kargüzarlıq fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” a əsasən təşkili və onun hüquqi müşayiəti;
  • Təşkilatın kargüzarlığına bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə yönləndirmək və icraçılara çatdırmaq;
  • İcra edilmiş sənədləri və onların qoşmalarını aidiyyəti struktur bölmələrdən tələb etmək və aidiyyəti üzrə göndərmək; 
  • Təşkilatın kargüzarlığına daxil olmuş sənədlərin icra müddətinə, tərtibinə, göndərilməsinə və arxivləşdirilməsinə nəzarət etmək;
  • Kargüzarlıq sənədlərini (daxil olan və ya göndərilən) işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək;
  • Sənədlərin fiziki və ya elektron formada düzgün saxlanması, surətinin çoxaldılması və kateqoriyalara uyğun olaraq arxivləşdirilməsi;
  • Sənədlərlə bağlı məxfilik rejiminin qorunması.

İş haqqında məlumat:

  • Əmək haqqı: 800-1000 AZN;
  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək;
  • Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
  • Sığorta təminatları təmin edilir.

Maraqlanan namizədlərdən Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına CV göndərmək xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.

Tələblər

  • Humanitar və sosial elmlər istiqaməti üzrə ali təhsil;
  • Sənəd dövriyyəsi və kargüzarlıq sahəsi üzrə minimum 1-3 il iş təcrübəsi (dövlət müəssisələrində iş təcrübəsinin olması arzuolunandır);
  • Azərbaycan Respublikasının inzibati qanunvericiliyi və kargüzarlıq üzrə biliklər və analitik təhlil bacarığı;
  • Kargüzarlıq və elektron sənəd dövriyyə sistemləri ilə işləmə təcrübəsi;
  • Məsuliyyətli və diqqətli olmaq, məxfi məlumatlarla işləyə bilmək;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis və rus dili biliyinin yaxşı səviyyədə olması arzuolunandır.