Qarabağ,
Azərbaycan
16/01/2026
-
30/01/2026
İş haqqında məlumat
- Cəmiyyətin daxili sənəd dövriyyəsinin təşkili qaydalarına riayət edir və düzgün icrasını təmin edir;
- Müştərilərdən, tərəfdaşlardan, dövlət orqanlarından və istənilən fiziki və hüquqi şəxslərdən gələn sənədləri qeydiyyata alıb aidiyyəti şöbəni məlumatlandırır;
- Debitorların və kreditorların müqavilərlərini, əlavələrini, hesab-fakturalarını, aktlarını və onlarla əlaqəli digər sənədləri yoxlayır, əksik sənədləri hazırlayır və imzalanmasını müvafiq şəxslərdən tələb edir;
- Cəmiyyət daxili sənədlərin arxivləşdirilməsini təmine dir, sənədlərin surətlərinin çıxardır, çoxladır və zəruri hallarda stenqorafiya işlərini həyata keçirir;
- Məxfi sənədlərin konfedensial saxlanılmasını təmin edir, bu kimi sənədlərin kənar şəxslərin əlinə keçməməsini təmin edir;
- Gün ərzində internet vergi idarəsinin sistemi vasitəsi ilə daxil olmuş electron qaimələri yoxlayır, daxil olan electron qaimələri müvafiq şöbələr ilə dəqiqləşdirir, onların alt sənədlərini (müqavilə, əlavə razılaşma, akt və s.) tələb edir və bunlarla əlaqəli zəruri hesabatları və cədvəlləri hazırlayır;
- Müraciətlərin göndərişini və qəbulunu icra edir, sənədlərin vaxtında işlənilməsinə nəzarət edir, sənədləri nomenklaturu üzrə formalaşdırır, sənədlərin kağız və electron formada arxivləşdirilməsini təmin edir;
- Səahiyyətli şəxslərin Cəmiyyət daxili sənədlərə təminini təşkil edir və onların qeydiyyatını aparır;
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına, eyni zamanda Cəmiyyət tərəfindən müəyyən edilmiş prosedur və qaydalara riayət edir;
- Rəhbərliyin aidiyyəti işlərin icrası ilə əlaqədar verdiyi tapşırıqların düzgün icrasını təmin edir.
İş şəraiti:
- İş yeri – Qarabağ, Xankəndi şəhəri
- Pozitiv və dəstəkləyici iş mühiti
- Karyeranın inkişaf etdirilməsi mümkün olan iş mühiti
- İş qrafiki: altı günlük
- Əmək haqqı 800-1000 azn ( işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır)
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi arzuolunandır.
Bacarıq və səriştələr:
- Korporativ müştərilərlə iş təcrübəsi;
- Əmək və məşğulluq alt sistemində işləmək bacarığı;
- İnternet vergi sistemində işləmək bacarığı;
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Problemləri həll etmə bacarığı olmalıdır.