Predsol

Senior Frontend Developer (React/TypeScript)

Predsol
Ə/h razılaşma ilə
344
Tam iş günü
Bakı, Azərbaycan
19/08/2026 - 02/09/2026

İş haqqında məlumat

Operator, idarəetmə və admin panellərinin inkişafı; mövcud React SPA-nın keyfiyyətinin və istifadəçi təcrübəsinin yüksəldilməsi.

  • React səhifə və axınlarının hazırlanması (formlar, cədvəllər, filtrlər, rol əsaslı naviqasiya/sidebar)
  • Xəritə əsaslı UI komponentləri: marker, klaster, GPS göstəricisi, pin rejimləri
  • Çoxdilli dəstək (i18n) və UI konsistensiyasının qorunması (dizayn sistemi)
  • Responsive dizayn, performans optimizasiyası, monitorinq alətləri ilə əməkdaşlıq
  • AI alətləri ilə komponent/səhifə skeletonlarının yaradılması; dizayn sisteminin nizamının qorunması

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblər

  • 3+ il React + TypeScript təcrübəsi
  • Mürəkkəb admin/əməliyyat panellərində (form + cədvəl + state idarəetməsi) təcrübə
  • Mövcud, real məhsul kodu üzərində işləmək bacarığı
  • i18n və əlçatanlıq (accessibility) əsasları üzrə bilik

Üstünlük təşkil edən keyfiyyətlər:

  • GIS/xəritə yönümlü UI, real-time və ya böyük siyahılarla iş təcrübəsi
  • Veb kamera/barkod inteqrasiyası, PWA bilikləri

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun