Buyur

Senior iOS Developer (Remote)

Buyur
Ə/h razılaşma ilə
457
Freelance
Bakı, Azərbaycan
22/12/2025 - 05/01/2026

İş haqqında məlumat

Bu vakansiya yalnız Senior səviyyəli iOS Developer üçündür. Junior və Middle səviyyəli namizədlərdən müraciət etməmələri xahiş olunur.

  • Yüksək performanslı və stabil iOS mobil tətbiqlərinin hazırlanması və inkişaf etdirilməsi;
  • Mövcud tətbiqlərin optimallaşdırılması və yeni funksiyaların tətbiqi;
  • Təmiz, oxunaqlı və miqyaslana bilən kodun yazılması;
  • Backend (Java əsaslı sistemlər) və product komandası ilə sıx əməkdaşlıq;
  • Kod review, texniki qərarların verilməsi və arxitektura müzakirələrində aktiv iştirak;
  • iOS ekosistemindəki yenilikləri izləmək və layihələrdə tətbiq etmək.

Təklif etdiklərimiz:

  • İşə başlanğıc mərhələsində freelance formatında əməkdaşlıq mümkündür. Qarşılıqlı razılaşma və nəticələrdən asılı olaraq, daha uzunmüddətli və ya full-time əməkdaşlığa keçid mümkündür.
  • Senior səviyyəyə uyğun rəqabətli əməkhaqqı;
  • Texniki qərarlarda real söz haqqı və məsuliyyət;
  • Uzunmüddətli əməkdaşlıq perspektivi olan stabil layihə;
  • Peşəkar və çevik komanda mühiti.

Tələblər

  • iOS Developer olaraq minimum 5+ il real iş təcrübəsi;
  • Swift və iOS SDK üzrə dərin biliklər;
  • UIKit və/və ya SwiftUI ilə praktik təcrübə;
  • RESTful API-lər ilə işləmə təcrübəsi;
  • Mobil tətbiqlərdə performans, təhlükəsizlik və memory management anlayışı;
  • Git ilə gündəlik iş təcrübəsi;
  • Müstəqil işləmə, məsuliyyət götürmə və texniki liderlik bacarığı;
  • İngilis dilində texniki sənədləri sərbəst oxumaq və anlamaq.

Arzuolunan üstünlüklər:

  • Java backend komandaları ilə işləmə təcrübəsi;
  • CI/CD, TestFlight, Fastlane ilə iş bacarığı;
  • App Store-da canlı tətbiqlərlə iş təcrübəsi;
  • Modular arxitektura (MVVM, Clean Architecture və s.) bilikləri.

Necə müraciət etməli:

CV-nizi və App Store linklərinizi və ya GitHub profilinizi "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. Mövzu hissəsində “Senior iOS Developer” qeyd etməyi unutmayın.