Bakı,
Azərbaycan
10/03/2026
-
24/03/2026
İş haqqında məlumat
- Android platformasında mobil tətbiqlərin qurulması və inkişaf etdirilməsinə töhfə vermək;
- Tərtib olunmuş texniki tələblərə və UI/UX dizayn çərçivələrinə uyğun proqram təminatı hazırlamaq;
- Mobil tətbiqlərin performansını, stabilliyini və miqyaslana bilməsini təmin etmək;
- UI/UX dizaynerlər və backend mühəndislərlə sıx əməkdaşlıq edərək məhsulun funksionallığını və istifadəçi təcrübəsini təkmilləşdirmək;
- Kodun düzgünlüyünü və inteqrasiyasını təmin etmək üçün testlər hazırlamaq və tətbiq etmək;
- Sürət, keyfiyyət və stabil işləmə üçün sistem testləri həyata keçirmək;
- Üçüncü tərəf sistemləri, API-lər və kitabxanalar ilə inteqrasiyanı həyata keçirmək;
- Texniki problemlər və kompleks biznes tapşırıqları üçün effektiv mühəndislik həlləri hazırlamaq;
- Kodun keyfiyyətini və funksionallığını təmin etmək məqsədilə kod review prosesində iştirak etmək;
- Proqram təminatında edilmiş dəyişikliklərin son istifadəçiyə düzgün və stabil şəkildə çatdırılmasını təmin etmək;
- Daxili mühəndislik müzakirələrində və texniki qərarların qəbulunda iştirak etmək;
Vakansiya haqqında
- Tam remote iş imkanı. İşə başlanğıc mərhələsində freelance formatında əməkdaşlıq mümkündür.
- Qarşılıqlı razılaşma və nəticələrdən asılı olaraq, daha uzunmüddətli və ya full-time əməkdaşlığa keçid mümkündür.
- Senior səviyyəyə uyğun rəqabətli əməkhaqqı;
- Stabil və uzunmüddətli layihələrdə işləmək imkanı;
Tələblər
- Android development sahəsində minimum 5 il iş təcrübəsi (yalnız Senior səviyyəli namizədlər);
- Kotlin və Android SDK üzrə yüksək biliklərı;
- Jetpack komponentləri və müasir Android arxitekturaları üzrə təcrübə;
- RESTful API infrastrukturu ilə iş təcrübəsi;
- Verilənlərin strukturu və alqoritmlər üzrə bilik;
- Kodun funksionallıq və inteqrasiya testlərini hazırlamaq bacarığı;
- Asinxron və reaktiv proqramlaşdırma prinsipləri üzrə bilik;
- Local data storage və cache mexanizmləri ilə işləmə təcrübəsi;
- CI/CD prosesləri üzrə təcrübə;
- Dependency Injection prinsipləri üzrə bilik;
- Mobil tətbiqlərin performans optimizasiyası və stabil işləməsi üzrə təcrübə;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.