Azercell

Senior Offensive Security Engineer

Azercell
Ə/h razılaşma ilə
3286
Tam iş günü
Bakı, Azərbaycan
17.09.2025 02:55 - 17.10.2025 12:00

İş haqqında məlumat

  • Veb, mobil, API, bulud, daxili və xarici şəbəkələrdə, həmçinin Active Directory mühitlərində penetrasiya testlərinin aparılması
  • Zəifliklərin manual və avtomatlaşdırılmış üsullarla aşkarlanması və istismarı, eləcə də post-eksploytasiya ssenarilərinin qiymətləndirilməsi
  • Xarici və daxili şəbəkə hücumlarının həyata keçirilməsi, Active Directory mühitində imtiyaz artırma testləri
  • OWASP MASVS və MASTG standartlarına əsasən Android/iOS tətbiqlərinin təhlükəsizlik testlərinin icrası
  • Python, PowerShell, Bash və ya Ruby istifadə edərək skriptlərin və avtomatlaşdırma alətlərinin hazırlanması
  • Texniki və rəhbərliyə yönəlik hesabatların hazırlanması, risklərin təhlili və aradan qaldırılması üzrə tövsiyələrin verilməsi
  • Penetrasiya testləri üzrə layihələrin idarə edilməsi və junior təhlükəsizlik testçilərinə mentorluq göstərilməsi.

Tələblər

  • Kompüter elmləri, mühəndislik və ya ekvivalent ixtisas üzrə Bakalavr və ya Magistr dərəcəsi.
  • Hücum yönümlü təhlükəsizlik və penetrasiya testləri sahəsində 3+ illik praktiki təcrübə.

Texniki Bacarıqlar:

  • Veb, mobil tətbiqlər, API-lər, şəbəkə zəifliklərin aşkarlanması və istismarı
  • OWASP Top 10 (Web və Mobile), MITRE ATT&CK modeli, CVSS skorlaması və risk əsaslı prioritetləşdirməüzrə dərin bilik.
  • Skriptləşdirmə və avtomatlaşdırma bacarıqları (Python, Bash, PowerShell, Ruby və s.)
  • Mobil təhlükəsizlik üzrə (Android və iOS) dinamik və statik analiz, dekompilyasiya, emulasiya və bypass texnikaları sahəsində təcrübə.
  • Firewall, WAF sistemlərinin aşılması və kompleks şəbəkə mühitlərində effektiv istismar metodlarının tətbiqi.
  • Red Team əməliyyatları üzrə təcrübə: Real hücum ssenarilərinə əsaslanan təhlükəsizlik yoxlamalarının həyata keçirilməsi və müdafiə sistemlərinin dözümlülüyünün qiymətləndirilməsi.

Şəxsi Keyfiyyətlər:

  • Yüksək səviyyədə ünsiyyət bacarığı və komanda ilə effektiv əməkdaşlıq etmək qabiliyyəti, mürəkkəb təhlükəsizlik anlayışlarını müxtəlif auditoriyalara aydın və anlaşılan şəkildə çatdırmaq bacarığı
  • Güclü analitik düşüncə və çevik və dinamik mühitlərdə effektiv qərarlar vermək qabiliyyəti
  • Detallara yüksək diqqət, təşəbbüskarlıq və müstəqil işləmə bacarığı, o cümlədən təhlükəsizlik təşəbbüslərinin idarə olunmasında liderlik göstərə bilmək.


Oxşar vakansiyalar