Bakı,
Azərbaycan
14.08.2025 09:36
-
14.09.2025 12:00
İş haqqında məlumat
- BDA-nın hekayəsini maraqlı, ilhamverici və strateji formada çatdıracaq PR strategiyasının qurulmasında iştirak etmək və icra etmək;
- Yerli və beynəlxalq tərəfdaşlarla (şirkətlər, media, təşkilatlar) birlikdə PR kampaniyaları və yaradıcı layihələr həyata keçirmək;
- Tədbirlər, forumlar, yarışmalar və qlobal səviyyəli layihələrin kommunikasiya planlarını hazırlamaq və uğurla icra etmək;
- Komanda üzvləri və partnyor şirkətlər vasitəsilə ilhamverici uğur hekayələri yaratmaq və onları media və sosial şəbəkələrdə görünən etmək;
- Sosial media, media əlaqələri və yaradıcı kampaniyalar vasitəsilə brend imicini gücləndirmək;
- PR nəticələrini analiz edərək davamlı olaraq yeni yanaşmalar tətbiq etmək.
Təklif olunan şərtlər
- Yerli və qlobal səviyyədə layihələrdə iştirak imkanı, qlobal brendlərlə əməkdaşlıq və beynəlxalq tədbirlərdə təmsil olunma şansı;
- Kreativ, gənc və dinamik komanda mühiti;
- Yaradıcılıq və təşəbbüs üçün açıq iş mühiti;
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Peşəkar inkişaf üçün imkanlar təqdim edən mühit;
- Əmək haqqı təcrübə və bacarıqlara uyğun olaraq, müsahibə zamanı müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Email başlığı: Senior PR & Brand Influence Lead - Ad Soyadınız.
Tələblər
- PR, kommunikasiya və ya media sahəsində ən az 4-5 il təcrübə;
- Güclü strateji düşüncə və yaradıcı kampaniya qurma bacarığı;
- Media əlaqələri və kontent istehsalında təcrübə;
- Sosial media trendlərinə və alətlərinə dərindən bələdlik;
- Azərbaycan dilində yüksək səviyyədə yazı və nitq bacarığı; ingilis dili biliyi üstünlükdür (qlobal layihələrə görə);
- Yüksək təşkilatçılıq, komanda ilə işləmək və çoxvektorlu layihələri idarə etmək bacarığı.