Bakı,
Azərbaycan
02.05.25
-
02.06.25
İş haqqında məlumat
- SEO strategiyasının hazırlanmasında iştirak və SEO fəaliyyətinin birbaşa icrasını təşkil etmək;
- Veb səhifələrin auditi, SEO üçün uyğunluğunun analiz edilməsi;
- Vebsayt və landing page-lərin məzmunlarının SEO optimallaşdırılması - on-page, off-page və texniki SEO fəaliyyətlərinin həyata keçirilməsi, metadatların axtarış sistemlərinə uyğunluğunun təmin edilməsi;
- Açar sözlərin araşdırılması, semantikanın təhlili, vebsayt məzmunlarında əks olunması;
- Vebsayt mətnlərinin axtarış alqoritmlərinə uyğun strukturlaşdırılması, düzgün struktura uyğun mətnlərin yazılması;
- Vebsaytların link strategiyaları, back-link analizlərinin həyata keçirilməsi. Səhifənin backlinklərinin sağlam olmasını, istifadəsinin asanlığını və yüklənmə sürətinin yüksək olmasını təmin etmək;
- İndeksləməyə və saytın performansına mənfi təsir edən texniki problemləri aşkarlamaq və aradan qaldırmaq. Vebsaytların SEO yönümlü olması üçün developer komandaları ilə sıx əməkdaşlıq etmək;
- Rəqib analizi və mövcud SEO imkanların dəyərləndirərək rəqamsal marketinqin effektivliyinə dəstək göstərmək;
- SEO fəaliyyətinin düzgün təşkil edilməsi üçün bloq, vebsaytlar, məzmun yaradıcıları ilə olan işi koordinasiya etmək;
- Google Analytics, Google Search Console, Semrush kimi alətlərdən istifadə edərək SEO performansının, eyni zamanda məzmunların effektivliyinin (CTR, istifadəçi davranışları, axtarış sistemlərindəki mövqelənmələr) monitorinqi, analizi və hesabatlılığı;
- SEO, alqoritmlər və bu sahədə olan ən son trendləri araşdırmaq və cari fəaliyyətə əks etdirmək;
- Alqoritmlərlə iş və cari strategiyaların alqoritm yenilənmələrinə uyğunlaşdırılması.
Tələblər
- SEO prosesi haqqında əsaslı biliklər (off-page və on-page fəaliyyətlər, açar sözlər, LSI, kontekstual və semantik uyğunluq);
- Bu sahədə min. 2 il təcrübənin olması (Yandex.Wordstat, Google Keyword Planner, Serpstat). SEO-kopirayter təcrübəsi üstünlükdür;
- Google Analytics, Google Search Console, Semrush kimi SEO alətləri haqqında əhatəli biliklərə sahib olmaq;
- Məzmun idarəetməsi sistem və platformaları, vebsayt arxitekturası barədə məlumatlı olmaq;
- Azərbaycan və İngilis dillərini peşəkar səviyyədə bilmək (qrammatika, üslub, orfoqrafiya);
- Analiz və hesabat bacarığı;
- Planlı, dəqiq və punktual olmaq;
- Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
- Komandada işləmək bacarığı.