AZFEN MMC

Sertifikatlaşma üzrə mühəndis

AZFEN MMC
Ə/h razılaşma ilə
1271
Tam iş günü
Bakı, Azərbaycan
20/05/2026 - 03/06/2026

İş haqqında məlumat

  • Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğun olaraq sertifikatlaşdırma üzrə məlumat bazasını toplamaq, yeniləmək və nəzarətdə saxlamaq. 
  • Sertifikat paketlərini hazırlamaq və sənədlərin düzgün idarə olunmasını təmin etmək. 
  • MT, RT və UT nəzarət hesabatlarını aparmaq və boya sexi üzrə nəzarət formalarını doldurmaq. 
  • Konstruksiya və borular üzrə MT, RT və UT vizual yoxlama hesabatlarını yoxlamaq. 
  • Qaynaq məlumat bazasını yeniləmək, qaynaq işləri üzrə hesabatları aparmaq və nəzarət formalarını doldurmaq. 
  • Qaynaqçı kvalifikasiyası üzrə məlumat bazasını yeniləmək və həftəlik hesabatlar hazırlamaq. 
  • Boya işlərindən əvvəl boru və konstruksiyalar üzrə məlumatları yoxlamaq. 
  • Konstruksiya və borular üzrə çalağ/statistika məlumatlarını hazırlamaq və layihə qrafikinə uyğun proqress hesabatlarını aparmaq. 
  • KN hesabatlarının düzgün və davamlı aparılması üçün məlumatların sertifikatlaşdırma bazasına daxil edilməsini təmin etmək. 
  • Tələb olunan məlumatları sertifikatlaşdırma bazasından çıxararaq Baş Sertifikat Mühəndisinə təqdim etmək. 
  • Baş Sertifikat Mühəndisi üçün şifahi yekunlaşdırma, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək. 
  • QA/QC, qaynaq, NDT və boya komandaları ilə koordinasiyalı işləmək. 
  • Layihə üzrə bütün keyfiyyət sənədlərinin düzgün və vaxtında hazırlanmasını təmin etmək. 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi qaydalarına və prosedurlarına əməl etmək.

Tələblər

  • Mühəndislik və ya uyğun texniki ixtisas üzrə ali və ya orta ixtisas təhsili. 
  • QA/QC, sertifikatlaşdırma, qaynaq sənədləşməsi və ya keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi. 
  • Neft-qaz, sənaye, istehsalat və ya iri tikinti layihələrində təcrübə üstünlükdür. 
  • Keyfiyyət İdarəetmə Sistemi və sertifikatlaşdırma prosesləri üzrə biliklər. 
  • Qaynaq sənədləri, NDT hesabatları və məlumat bazaları ilə işləmə təcrübəsi. 
  • MT, RT və UT yoxlamaları və vizual inspeksiya hesabatları üzrə biliklər. 
  • Qaynaq məlumat bazası, qaynaqçı kvalifikasiyası və sertifikat sənədlərinin idarə olunması üzrə təcrübə. 
  • Hesabatların, statistik məlumatların və keyfiyyət sənədlərinin hazırlanması bacarığı. 
  • Tikinti və istehsalat sənədləşmə sistemləri üzrə biliklər. 
  • Yaxşı təşkilati və koordinasiya bacarıqları. 
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı. 
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar