Grand Motors MMC

Servis Əməliyyatları və Müştəri Xidmətləri rəhbəri

Grand Motors MMC
Ə/h razılaşma ilə
856
Tam iş günü
Bakı, Azərbaycan
16/04/2026 - 30/04/2026

İş haqqında məlumat

  • Yeni müştərilərin təmir xidmətləri üçün cəlb edilməsi;
  • MXB əməkdaşlarının fəaliyyətinin nəticələrinin davamlı ölçülməsi və korreksiyaların edilməsi;
  • MXB əməkdaşlarının təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi
  • CRM üzrə iş prosesinə nəzarətin edilməsi;
  • MXB-nin digər struktur bölmələrlə qarşılıqlı səmərəli kommunikasiyasının təşkil edilməsi;
  • MXB üçün skriptlərin və təlimatların hazırlanması;
  • MXB-a daxil olan şikayətlərin idarə olunması və aidiyyəti üzrə yönləndirilməsi;
  • FAQ hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi;
  • İmtina səbəblərinin hazırlanması, nəticələr haqqında dövri hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi;
  • Müştəri xidmətlərinin iş keyfiyyətinin, iş standartlarının və siyasətinin inkişaf etdirilməsi;
  • Korporativ satış şöbəsindən gələn müracitələrin dəyərləndirilməsi;
  • Bölmə əməkdaşlarından hesabatların alınması və onların doğruluğunun yoxlanılması;
  • Müştərilər üçün endirim kampanyalanının icra edilməsində dəstəyin göstərilməsi;
  • Müştərilər ilə görüşlərin keçirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.).

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə 3-5 illik iş təcrübəsi;
  • Azərbaycan dilini səlis, rus və ingilis dilləri əla səyiyyədə;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.