Intermak Group

Servis işləri üzrə koordinator

Intermak Group
1500 - 2000 ₼
814
Tam iş günü
Bakı, Azərbaycan
21/04/2026 - 05/05/2026

İş haqqında məlumat

  • Servis işlərini təqib etmək;
  • Müştərilər tərəfindən gələn zənglərə tam dəqiq, dolğun məlumat vermək, müştərilərlə əlaqə yaratmaq;
  • Servis işlərini koordinasiya edə bilmək;
  • Müəssisənin proseduru əsasında təyin edilmiş təlimatları icra etmək;
  • Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək. Görülməli işlərin texniki hazırlığını təmin etmək;
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
  • Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
  • Tabeçiliyində olan işçi heyətə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirmək;
  • Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;

İş saatı

  • İş qrafiki - 6 günlük
  • Həftə içi 09:30 – 17:30
  • Şənbə 10:00-16:00
  • İş yeri: Bakı ş., Babək pr. 2360
  • Əmək haqqı –1500-2000 AZN.Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
  • Nahar şirkət tərəfindən verilir

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
  • Cinsi – Kişi
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzu olunandır
  • İş təcrübəsi: Minimum 2 il
  • Komandada işləmək qabiliyyəti
  • Komputer bilikləri
  • Tikinti avadanlıqları barədə biliklərin olunması
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar