Bakı,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
- Müştərilərdən gələn sorğuları idarə etmək, müqavilə vəziyyətini yoxlamaq və uyğun mühəndisə yönləndirmək.
- Müştərilərlə əlaqə saxlayaraq xidmətin keyfiyyətini yoxlamaq və ticketləri bağlamaq.
- Mühəndislərin müştəri ofislərinə göndərilməsini koordinasiya etmək, iş blanklarının düzgün doldurulmasını təmin etmək və mühəndislərin fəaliyyətini izləmək.
- Servisə daxil olan avadanlıqları qəbul etmək, zəmanət və fiziki vəziyyətini yoxlamaq, qiymətləri razılaşdırmaq və təmir prosesini idarə etmək.
- Zəng və digər vasitələrlə gələn sorğuları qeydiyyata almaq və xidmət prosesini təşkil etmək.
- Açılmış ticketlərin statusunu izləmək, eskalasiya proseslərini idarə etmək.
- Ofisdən kənarda işləyən mühəndislərlə əlaqəni təmin etmək, sorğuların icrasını izləmək.
- Ofisdaxili sorğuları qeydiyyata almaq və icrasını təmin etmək.
- Mühəndislərin inkişafı üçün təlim və iş planlarını koordinasiya etmək, avadanlıq və proqram təminatı üzrə məlumatlandırmaq.
- Həftəlik və aylıq hesabatlar hazırlamaq.
- Servis müqavilələrinin vaxtında yenilənməsi və əlavə işlərin qiymətləndirilməsini təmin etmək.
İş şərtləri:
- Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- İş yeri: Gənclik m/t yaxlnlığı
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.
Tələblər
- Müştəri yönümlü və məsuliyyətli olmaq.
- Əla ünsiyyət və təşkilatçılıq bacarığı.
- Komanda ilə işləmək və mühəndisləri koordinasiya etmək təcrübəsi.
- Zaman idarəsi və prioritetləşdirmə bacarığı.
- Kompüter bilikləri: Microsoft Office, e-mail və ticketing sistemləri ilə iş təcrübəsi.
- Problemləri tez həll etmək və eskalasiya mexanizmlərini idarə etmək bacarığı.
- Detallara diqqət və sənədlərin düzgünlüyünü təmin etmək bacarığı.
- Əvvəlki servis koordinatorluğu və ya servis idarəçiliyi üzrə təcrübə üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.