BSC Consulting & Outsourcing Company

Servis Koordinatoru - Avtobusların Təmir Mərkəzi

BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
662
Tam iş günü
Gəncə, Azərbaycan
16/03/2026 - 30/03/2026

İş haqqında məlumat

Gəncə şəhərində yeni yaradılmış servis mərkəzi

  • Avtobusların qəbnulundan çıxışa qədər sənədləşmənin aparılması: Hər bir avtobusun təmir prosesi boyunca sənədlərin düzgün şəkildə qeydiyyat altına alınması və izlənməsi.
  • İşlərin təqibi: Təmir prosesində olan avtobusların işlərindəki irəliləyişin izlənməsi, təmirin vaxtında tamamlanmasına nəzarət edilməsi.
  • Hesabatlıq: Təmirin hər mərhələsi haqqında detallı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Əməkdaşlarla əlaqə: Təmir prosesi ilə əlaqəli olan işçi heyəti ilə düzgün koordinasiya və kommunikasiya qurulması.
  • Avtobusların müayinəsi: Təmirə başlamadan əvvəl avtobusların müayinəsi və təmirə ehtiyacı olan hissələrinin qeyd edilməsi.
  • Keyfiyyətə nəzarət: Avtobusların xəttə çıxmadan əvvəl keyfiyyət yoxlamasının həyata keçirilməsi.
  • Zamanın idarə edilməsi: Təmir işlərinin müəyyən edilmiş müddətlərə uyğun həyata keçirilməsi və vaxtında başa çatdırılması.
  • Sənədləşmə və arxivləşdirmə: Təmirə dair sənədlərin düzgün şəkildə arxivləşdirilməsi və gələcəkdə istifadəyə verilməsi.

İş Şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun əmək münasibətləri.
  • Əmək haqqı: Müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.

Tələblər

  • Avtobus və ya texniki sahədə təmir təcrübəsi.
  • İşlərin planlanması və təşkil edilməsi üzrə bacarıqlar.
  • Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarığı.
  • Komanda ilə işləmə bacarığı və liderlik qabiliyyəti.
  • Məsuliyyətli və diqqətli yanaşma.
  • Ən azı orta səviyyədə kompüter bacarıqları və ofis proqramları ilə işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.