Bio Estetik Group

Servis Mühəndisi

Bio Estetik Group
600 - 1500 ₼
614
Tam iş günü
Bakı, Azərbaycan
02/03/2026 - 16/03/2026

İş haqqında məlumat

  • Tibbi avadanlıqların quraşdırılması, sazlanması və texniki baxışının həyata keçirilməsi
  • Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması
  • Müştəri məkanında servis və texniki dəstək xidmətlərinin göstərilməsi
  • Texniki servis hesabatlarının hazırlanması və sənədləşmənin aparılması
  • Ehtiyat hissələrinin düzgün istifadəsinə və uçotuna nəzarət
  • Avadanlıqların təhlükəsiz və düzgün istismarına nəzarət
  • Lazım olduqda müştərilərə texniki təlimatların verilməsi

İş şərtləri:

  •  Maaş: 600 – 1500 AZN (təcrübə və bacarıqlara görə)
  •  İş qrafiki: 6 iş günü, 09:00-18:00

Tələblər

  • Elektronika, elektrotexnika, biomedikal mühəndislik və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili
  • Tibbi avadanlıqların servisi üzrə iş təcrübəsi arzuolunandır
  • Texniki problemləri analiz və həll etmə bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ çalışma bacarığı
  • Komanda ilə işləmə qabiliyyəti
  • Sürücülük vəsiqəsinin olması arzuolunandır

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.