Araş firması

Servis satışları üzrə baş mütəxxəsis

Araş firması
Ə/h razılaşma ilə
2228
Tam iş günü
Bakı, Azərbaycan
08.08.2025 02:22 - 08.09.2025 12:00

İş haqqında məlumat

  • Bazar araşdırmaları aparmaq, fürsətləri müəyyənləşdirmək və potensial müştərilərlə əlaqələr qurmaq;
  • Satış hədəflərinə çatmaq və şirkətin bazar payını artırmaq üçüm satış strategiyaları hazırlamaq və həyata keçirmək;
  • Satış həcminin artırılması və məhsulların tanıdılması məqsədilə aidiyyəti struktur bölmələrlə birlikdə təşviqat kampaniyaları aparmaq;
  • Ərazi üzrə məhsul və xidmətləri müştərilərə tanıtmaq və satışı təmin etmək;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında onlara dolğun və ətraflı məlumat vermək;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
  • Satış göstəriciləri ilə bağlı dövri hesabatalar hazırlamaq və rəhbərliyərə təqdim etmək;
  • Satış fəaliyyətinin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
  • Son müraciət tarixi: 15.08.2025-ci il;
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
     

Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-lərin [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  •  Təhsil: Ali (biznesin təşkili və idarə edilməsi, menecment, marketinq və digər əlaqəli sahələrdə);
  • Təcrübə: Tibbi və kosmetoloji avadanlıqların satışı sahəsində minimum 1 il;
  • Cins: Qadın;
  • Yaş həddi: 22-35;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır;
  • Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə, “CRM” və ya “ERP” sistemləri ilə iş təcrübəsi üstünlükdür.

Davranış səriştələri:
 

  • Riyazi düşüncə və analitik təhlil;
  • Ünsiyyət və komanda ilə işləmə;
  • Problem həlletmə və detallara diqqətlə yanaşma;
  • Dəqiqlik, operativlik və nəticəyönümlülük;
  • Məsuliyyət və təşəbbüskarlıq.